Archive for İ

3 Məmməd…

Sentyabr 30, 2010

Orta məktəbdə bizə öyrədirdilər ki, biz böyük xalqıq. Bütün dünya bizim olubmuş. Bütün dünya hər şey bizdən öyrənib. Sən demə ilk dəfə üzqırxan maşınka da bizim insanda olub (eramızdan əvvəl 4-cü min illik) Hər şeyi bizimkilər yaradıbmış. Diş fırçasını da. Bizim saxta tarix müəllimi bizə belə şeylər öyrədirdi. Biz də uşaq idik. Eyforiyaya qapılıb böyüklüyümüzdən ayağımızın altını görmürdük.

Öyrətmənlər çox şey danışırdılar. Amma bir direktorumuz var idi. O da bizim öyrətmənin dərsdə böyük danışıqlarına böyük pox qoyurdu. Böyük dərs zamanı direktor qapını açıb siyahıyla “pərdə pulu”,”süpürgə pulu”, “fond pulu” yığırdı…

Böyük xalqsan, bu öz yerində… Amma “stroyda” durub fond pulu vermək məcburiyyətindəsən… Böyük xalqsan, bu öz yerində… Amma “fond pulu” üçün 3 Məmməd düşməlisən…

Flaşmobçular haqqında…

Sentyabr 29, 2010

Azərbaycandakı flaşmobçular haqqında keçən aylarda yazı qaralamışdım. Bu gənclərin keçirdikləri aksiyanin mənasız, əhəmiyyətsiz boş bir şey olduğunu xatırlatmışdım.

Həmin zaman bəzi flaşmobçular çerez internet kəllə atdı, söyüşlə komment filan yazdılar… Bizim əyləncəmizi niyə pozursan dedilər? Oysa mən yazmışdım ki, Dədə Qorqud nəvələrinin belə mərasimlər təşkil etməyinə ehtiyac yoxdur.  Azərbaycan polisini tanıdığımdan Flaşmobçuları ehtiyatlı olmağa da səsləmişdim.

… O gün də xəbər oxudum ki, flaşmob zamanı polis “Вилис”i (Düzdür indi polislər FİAT sürür. Amma “Вилис” kimi) sürüb onların üstünə 1-2 nəfəri də basıb, aparıb. Aşıq Ələsgər köməkləri olsun…Flaşmobçu dostlar bilsin ki, vətəndaşla danışmağa “Ə… VOYƏƏƏ” sözlərlə başlayan polislər Flaşmob zad başa düşmürlər.

10 qram atarlar cibivizə olar analoqsuz flaşmob 🙂

Take it easy

Rajok barədə…

Sentyabr 29, 2010

El içində Linkoln ləqəbiylə tanınan Niyaməddin Musayev mərasimlərin birisinə dar jeans (cins) şalvar geyinir gedir. Mərasimdə Nikonu ümummilli kamaça ustası Habil Əliyev görür. Birdən Habil reski Niyaməddinin dar şalvarına baxıb soruçur:

– Ə, Niyaməddin… Bu nə şalvardır? Bunu rajokla geyinmisən?

Aqşin Yeniseydən 4 yeni şeir

Sentyabr 28, 2010

Həmid Herisçi ilə yolüstü söhbət

Günəşin əriyib yerə töküldüyü bu şəhərin göylərindən

Hər gün ümid durnaları çığıra-çığıra uzaqlaşır

Bu qala divarlarınn önündə

Hər şey, hamı yalqızlaşır

Sərin meh də sazaqlaşır!

Başını kəsirlər Sisianovun

Sanki, ilk dəfə görüşür Allahla yara.

…gec-tez dərdə çevrilir sevgi.

Qadın ilk növbədə sevgini sənədləşdirir

Allahı kağıza köçürür peyğəmbər

əlinin qanının kağıza silir tarix,

və gələcək nəsillərə uzadır.

Gələcək nəsillər… yazıqlar… gələcəklər

Bütün köhnə əzabları yenidən çəkəcəklər.

Yaxşı insanla hər gecə

Mütləq kimsə vidalaşır, kimsə ondan uzaqlaşır.

Bu qala divarlarının dibində vətəndən didərgin düşməyə hazırlaşan

İki şair qucaqlaşır.

Bu vaxt meh də sazaqlaşır.

Bu vaxt Allah yoxa çıxır

bu vaxt insan yazıqlaşır.

Bu vaxt göz yaşları daha da duru,

Siqaretin tüstüsü daha da acı olur

Tale üz çeviribsə

Qızılgül kolu da adama dar ağacı olur.

Günəşin əriyib yerə töküldüyü bu şəhərdən

Çıx get, şair!

Başın burdakı bədənlərə ağırlıq edir.

***********

Gecəyarı boş küçəyə suallar

İstəyərdinizmi ürəyiniz adi insan ürəyi olsun?

Yəni bir az daş.

İstəyərdinizmi gözləriniz adi insan gözləri olsun?

Yəni bir az kor

İstəyərdinizmi adi insan kimi ağlayasınız?

Yəni hərdən, aradabir

İstəyərdinizmi pəncərədən adi insan kimi baxasınız?

Yəni intihar etmək üçün yox

İstəyərdinizmi küçədə adi insan kimi dayanasınız?

Yəni getməyə yeri olmayan biri kimi yox

Yoxsa elə sizdə belədir?

***********

Buludxan

Arvadı, atı, iti, bir də çomağı vardı

Təpənin üstə qalxar, çomağına söykənər, yamacda basdırılmış

Qəbirlərə baxardı

Buludxan.

əvvəl arvadı öldü

sonra at

sonra da it.

Həyatda söykənəsi bircə çomağı qaldı

Buludxanın.

Ağlamadı yuyulsun, çirkləndi kir oldu gözləri

O qədər bir yerə zilləndi birləşdi, bir oldu gözləri

Təpənin üstündcə lal-dinməz kor oldu gözləri

Dünya daha görünmədi

Buludxana.

Nə su içdi, nə ağzına tikə qoydu

Yeməsə də, içməsə də

Kimi ona su apardı, kimi ona kökə qoydu

Buludxanın acığına Buludxan bu kökə qoydu

Buludxanı.

Hərdən ölü zənn etdilər, gedib gördülər diridi

Təpə üstə bir çomağdı, bir sümükdü, bir dəridi

Kişi dönüb ana oldu

Nə qədər dərd yuxuladı, nə qədər ağrı kiridi

Buludxanda.

Bir gecə şimşəklər çaxdı, göy gurladı

Və sel basdı bütün kəndi.

Gəldilər ki, aparsınlar, bircə kəlmə “gedin” dedi.

O gecə təpənin üstə

Ölümlər xəcalat çəkdi, Əzrayıllar üzr istədi

Buludxandan.

***********

Məktub

Gözlərindən ötrü darıxan var burada

Baxılmaq istəyir sənə

Sevgidə azyaşlıdı, ayrılıqda ahıldı

Birdəfəlik rədd olmaq,

Yox olmaq istəyir sənə.

Tək-tənha şax dayanmaq yorub onu

Hardasan?

Yıxılmaq istəyir sənə.

26 sentyabr 2010

Cındır papaq haqqında…

Sentyabr 27, 2010

Bakıda, Qız Qalasının yanında bir köhnə, it iyi verən papaqçı dükanı var.  Bu papaqçı dükanında yaxşı çoban papaqları satılır. Bakıda 3 milyon adam yaşayır, amma bu papaqlara 9 milyon baş girib. Hər yoldan keçən bu papaqları götürüb, başına soxur və fəxrlə şəkil çəkdirir.

Mən bir şeyi başa düşmürəm. İnsanlar niyə it iyi gələn keçmişləriylə fəxr edirlər?

Hm…-1

Bu papaqçı dükanından bir addım qabağda Elman dayının kitab dükanı var.  Başına çoban papağı salıb, fəxr edənlər oranın yolunu heç tanımır. 50-60 manat verib, it iyi gələn çoban papaqlarını alanlar bir vaqondur. Ancaq bircə addım atıb, Elman dayının kitab dükanına 20 qəpiyə Mopassanın kitabını alıb oxuyan yoxdur!

Hm…-2

Bir Rəhim Qazıyev var idi. Deyirlər o vaxt Müdafiə Naziri olub. O da başına milli papaq qoyub gəzirdi. Hamının yadında Qazıyev milli papağıyla qalıb.  Bu Qazıyev özü deyirdi ki, Şuşa işğal olunsa təpəmə güllə vuracam. Şuşanı işğal etdilər, üstəlik Bakıda Şuşa restoranı da tikdilər. Amma Qazıyev elə həmin papağı başına qoyub gəzir!

Bu da milli papağın sehiridir!

Azerbaycanda qadin olmaq…

Sentyabr 26, 2010

Azad dushune bilmeyen qadinlar uchun!

Azerbaycanda qadin olmaq pis sheydir. Azerbaycan kishisinin yaninda qadin olmaq it olmaq kimi bir sheydir.  Insanlar itlerin bashina ip salib gezdirdiyi kimi, Azerbaycan kishileri de oz sevgililerinin, ana- bacilarinin bashina menevi ip salib gezdirirler. Bunu elemek olmaz. Onu elemek olmaz. Ora getme! Bura getme! Ele geyinme! Bura baxma!

Azerbaycan qadini her zaman azerbaycan kishisinin radarinda gorsenmelidir! Azerbaycan qadini 24 saat azerbaycan kishisi uchun ONLINE olmalidir (FB-nin chatindaki yashil ishiq kimi)

Qizlari her zaman kimse gudmelidir. Onlarin arxasinca kimse gedib, eve getirmelidir. Onlari mutleq kimse mektebe yola salmalidir. Kimse mutleq onlarla bazarliga, alish- verishe getmelidir. Yoxsa olmaz…  Azerbaycanda hami namusdan, mentalitetden danishir… Amma qadin blokda kechende onu Dede Qorqudgilin “kruq”larindan  kimse dushub, qarshilamalidir. Yoxsa blokun “agzinda” duran azerbaycanlilar o qiza satasha biler. Ya da 1 saniyeye o qiza butun soyush ensiklopediyasini danisharlar.

Bir sozle, Azerbaycan qadini qoyun kimi bir sheydir. O parkda gezende onu mutleq choban itleri qorumalidir! Misali bashqa yerden vermek olmur.

Yeqin gormusuz… Kend yerlerinde toyuqlarin ayagina balaca ip baglayirlar ki, toyuq qaza basib, qacha bilmesin. Gelek Azerbaycan kishisi bu metodan istifade etsin. Ya da chinliler kimi, yeni dogulan qadinlarin ayaglarini sindirib, shikest elesinler! Guzel fikir amma!

Eger kimse bu yazidan qezeblenecekse demeli o bu yazida ozunu gorub. Eger kimse bu yaziya anonim soyushler yazacaqsa demeli ozunu gorub. Bu da onu gosterir ki, yazi hedefe deyib. Shair yaxshi deyib, aftafa ol. Amma tualetde olma!

Bambuser nədir?

Sentyabr 25, 2010

Asan və sadə… İnternetdə canlı yayın

http://www.bambuser.com – Canlı internet görüntüsü yayımlamağa yardımçı olan  saytdır. Canlı… Yəni hal-hazırda nə etdiklərinizi telefonun kamerası vasitəsiylə canlı yayınlaya bilərsiniz. Bambuser vasitəsiylə yayınlanan canlı çıxışınıza Facebook sosial şəbəkəsindən izləmək, müzakirə etmək, şərh etmək mümkündür.

Bambuser-dən necə istifadə etməli?
http://www.bambuser.com – səhifəsini açırsınız. Orada qeydiyyatdan keçirsiniz. Sonra telefonununuzda eyni linkə daxil olub, telefonunuzun modelinə uyğun çox balaca programı yükləyirsiniz. Sonra saytdakı hesabınıza (account) daxil olub Bambuser səhifənizi Facebook səhifənizlə əlaqələndirirsiniz. Və… Və… İstədiyiniz alınır. İstədiyiniz zaman, istədiyiniz yerdə telefonunuzun kamerası vasitəsiylə ətrafınızda baş verənləri şəxsi Facebook səhifənizdə canlı yayınlaya bilərsiniz. Yayını dayandırdıqdan sonra video özü sizin hesabda (accountda) yaddaşda qalacaq.

Bambuser pullu xidmətdirmi?

Azercelldən 10 dəqiqəlik canlı yayın üçün 700 kontur gedib.  Sınaq edən istifadəçilərdən olan Hacı Hacıyev belə deyir. Hacının fikirincə AzerFon’dan bu xidməti istifadə etmək daha ucuz başa gələcək.

Davamı var…

Millətçilər barədər daha bir qeyd…

Sentyabr 24, 2010

Jurnalistlərdən birisi Almaniyaya səfərə hazırlanırmış. “Millətçi”lərdə birisi ona yaxınlaşıb, hara getməyini soruşur. Jurnalist də deyir ki, bəs Almaniyaya gedirəm. “Millətçi”də deyir ki, bilirsən nə var? Almanları görsən de ki, onların babası bizim BABALARIMIZIN (Caps Lock – Like) çəkmələrini təmizləyib. Bəli, təmizləyiblər!!! (Fikir ver, üç nida)

Jurnalist “Millətçi”ni yola vermək üçün deyir ki, tamam deyərəm!!! Problem deyil.

“Millətçi”də deyib ki, mütləq de…

“Millətçi” sözünü bitirəndən sonra jurnalistə reski bir sual da verib: “2 ŞİRVANın olmaz?”

Olan sööbetdir!

Saxta türkçülük barədə

Sentyabr 23, 2010

Bügün səhər saat 5-də dostları Washingtondan New York’a yola salmaq üçün erkən oyandım. Yuxudan duran dostlardan birisi o birindən zarafatla soruşdu: “QALPASS” yeyifsən?

– “QALPASS”… :))))

Gecə vaxtı bu söz diqqətimi cəlb etdi. Soruşdum. Dostlardan birisi dedi ki, məktəbdə müəllim işlədiyim zaman uşaqdan soruşmuşam ki, nə yemisən səhər? Uşaq da dedi ki, “QALPASS” (yəni Kolbasa)

Bundan sonra mən dostlara dedim ki, bəzi saxta millətçilər iddia edirlər ki, Kolbasa türk sözüdür. QOL, BASA sözlərindən götürülüb. Dostlardan birisi dedi ki, bu həqiqətdir. Belədir… Təkit etdi! Dirəşdi ki, yox belədir… Mən də razılaşdım 🙂

Sonra müəllim işləyən dostumuz dedi ki, Bakı Özəl Türk litseyində millətçi müəllimlərdən birisi deyib ki, KAMÇATKA da əsil türk sözüdür. Mənası da belədir: GƏMİ ÇATDI… :)))

Dərs zamanı uşaqlardan birisi də əlini qaldırıb, danışmaq üçün icazə alıb. Deyib ki, müəllim BRAZİLYA da əsil türk sözüdür.

– O hansı sözdən götürülüb?

– Əsil türk sözlərindən götürülüb.

– Hansılarda?

– Brazilya sözü türcə “BİR AZ LOBYA” sözündən götürülüb…

Bundan sonra dərsdə hər kəs gülür. Türkçü müəllim də bozqurd göstərib, uşağı dərsdən çıxardır!

Bir az lobya )))) Xeyli gülmüşəm!

Xədicə İsmayıl istefa verdi

Sentyabr 20, 2010

Azazdlıq radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayil “Azadlq” radiosunda tutduğu postan istefa verib. Bu barədə Xədicə İsmayildan soruşdum. Xəbəri təsdiqlədi. Məncə Xədicə İsmayil hər şeyi özü yaxşı bilir, nəyi necə etməyi də əla bilir. Hər kəsin kreslonu, vəzifəni bərk- bərk tutduğu zaman Xədicə İsmayıl istefa verdi. Bu mədəniyyətdir! Bu böyüklükdür!

Böyük adamın vəzifədə, postda olması vacib deyil!

Çoxları Xədicə İsmayilın istefasına heyfslənir. Amma buna gərək yoxdur! Xədicə İsmayılın “Azadlıq” məktəbində xeyli peşəkarlar var!

Eşq olsun! Biz səninləyik azad və böyük insan!

Məmləkət haqqında…

Sentyabr 19, 2010

Bakıda cəmi- cümü 3 mövzu var: MAŞIN, TELEFON, QIZ (Ancaq ölkə əsrlərin sınağından çıxanda belə olur.) Bu mövzu qiyamətə kimi aktual olacaq.  Hər şey dəyişə bilər. Amma bu toxunulmaz mövzular dəyişməyəcək. XEYİR və ŞƏR barədə danışılanlar yalandır! Gec-tez bütün dünya bu üç mövzunu danışacaq! Hamı biləcək ki, ədalət deyilən anlayış yoxdur. MAŞIN, TELEFON, QIZ var…

 Azərbaycan ODLAR YURDUDUR! Amma hər kəsə soyuqdur!

Giorgio Armani= Made in Armenia. Dolce Gabbana = Made in Dagliq Qarabag

Sentyabr 19, 2010

🙂 Mohkem olun, gelirik!

Mən stansiyayam?

Sentyabr 17, 2010

Tənqid barədə…

Mən özümü hamıdan çox tənqid edirəm… Demək olar ki, özümü hər gün təhqir də edirəm. Gördüyüm işlərə görə bunu edirəm. Hər şeyi çox tənqid etməyi də sevirəm. Məni tanıyanlar bilir ki, ata- anamı da tez- tez tənqid edirəm. Bu mənim üçün adi və normal bir şeydir.

Özümü tənqidlə məhv etdiyim kimi, başqalarını da məhv etməyi özümə borc bilirəm. Mənim üçün tənqid proqressdir. Tənqid hansısa bir iş üçün başlanğıc, nəticədir.

Özündən böyükləri də tənqit etmək çox yaxşı bir şeydir. Mən bunu bilirəm və bunu edirəm! Bilirəm ki, zaman gələcək məni də tənqidlə məhv edəcəklər. Buna hazıram! Məncə tənqidlərə tab gətirəcəm! Məncə…

Azərbaycanda böyükləri tənqidlə qapazlayanda bəzi adamlar belə deyir: “Turxan, heç səndən gözləməzdim…”

Mən başa düşmürəm. Bu nə deməkdir? Nə gözləməzdilər məndən? Mən stansiya zadam? Mən gözlənti məntəqəsi zadam?

Belə şey yoxdur! Hər kəs tənqid edilməlidir! Hər kəs!

Osman Gunduz haqqinda letife…

Sentyabr 14, 2010

Azerbaycanin en mehshur jurnalisti olan Natiq Cavadli bir gun “Bizim YOL” qezeti uchun Osman Gunduzden internetle bagli achiqlama alir. Osman Gunduz de Natiq Cavadlinin suallarini yaxshica cavablandirir. Musahibe bitenden sonra Natiqcan Cavadli diktafonu sondur, Osman muellime minnetdarliq edir ve deyir ki, lutfen qezetde chap olunacaq musahibeniz uchun FOTOnuzu da bizim e-maile gonderin. Osman muellim de, chantasini achib ordan bir vereq chixardir ve deyir:

– Natiq, bax… Bu menim e-mail adressimdir (“Osman Gunduz” <osman@cit.az>). Bu da e-mailimin porolumdur (123456). Bu e-mailin ichine gir, burda mene aid fotolar, senedler, mektublar hamisi var. Ordan sech, hansi foto yaxshidirsa gotur. Sonra da e-mailden chix ki, xakerler girib e-mailimi dagitmasinlar…

Natiq de e-mailin loginini ve porolunu alib redaksiyaya yollanir. Yolda da ozu uchun konfet alir! Sonra Osman Gunduz de deyir ki, bloggerler jurnalist deyil…


%d bloqqer bunu bəyənir: