Elnur Astanbəylinin yazdığı, Azadlıq qəzetinin çap etmədiyi yazı…

Eynulla necə ucalır?

Elnur Astanbəyli yazır…

Gözlənilən oldu. Azərbaycan xalqının böyük oğlu Eynulla Fətullayevin irtica lideri İlham Əliyevə yazdığı məktub «Azadlıq»da çap edildikdən sonra düyməyə basıldı. Çirkin, yalan və iftira dolu bir kampaniyaya start verildi. Tanış filmdir. Biz bu əxlaqsız filmi bir dəfə Əli Kərimli ilə bağlı izləmişik.
Sadəcə, indi növbə Eynullaya çatıb. Gözlənilən idi. Onun gün gələcək, tarix dərsliklərinə düşəcək məktubundan sonra yeni bir böhtan dalğasının başlayacağı gözlənilən idi. Mən bu prosesin davamlı olmasını arzulayıram. Çünki hər belə çirkin, rəzil saldırıdan sonra Eynulla bir az da böyüyür. Hətta nə vaxtsa onun haqqında ağlında şübhə toxumları, sual işarələri olanların da bu sevgili, cəsur vətən övladı ilə bağlı düşüncələri netləşir, qətiləşir.
Artıq Azərbaycanda çox sadə bir formul ortaya çıxıb: bu ölkədə Əliyevlərin sevmədiyi hər kəs millətin sevimlisi olmağa layiqdir! Bu ölkədə Əliyevlərin kimdən zəhləsi gedirsə, Əliyevlər kimə nifrət edirsə, bu xalqın və dövlətin əsl təəssübkeşi, əzabkeşi odur!
Ona görə də vurun Eynullanı! Daha çox vurun! Daha çox vurun ki, o daha çox BÖYÜSÜN, daha çox UCALSIN! O bu böyüklüyü, o bu ucalığı, türklər demiş, «hak ediyor».

Gözü çıxmış qardaşı unudanlar

Hardasa bir kanalizasiya partlayanda dərhal orada olan, amma millətin haqları, hüquqları tapdananda havaya buxarlanan, həmişə ən həlledici situasiyada milləti və dövləti sırtından vuran bir telekanalın (adını çəkib könül bulandırmaq istəmirəm) Eynulla haqqında «bədbəxt» deyib yaxa-başını cırması mənə Rəsul Quliyevi xatırlatdı.
Bir vaxtlar bu söz Quliyevin leksikonundan düşməzdi. Onun iki sözündən biri idi «bədbəxt». Sonu isə hamıya məlumdur. İndi okeanın o tayında milçək qovalamaqla məşğuldur. Görünür, Rəsul müəllmin təcrübəsindən hələ də dərs çıxarmayanlar var. Darıxmasınlar, onlara da növbə çatacaq.

Eynullanı düşmən çıxarmaq üçün beş səbəb

BİR: Azərbaycanın ən azı beş rayonunun işğalının altında imzası olan bir adamı «ümummmilli lider» elan edib, hər əlamətdar gündə onun şəklini ekranın yuxarı küncünə yerləşdirənlərin vətənpərvər sayıldığı, millətsevər adlandırıldığı yerdə Eynulla Fətullayev əlbəttə ki, vətən xainidir, millət düşmənidir!
İKİ: İlham Əliyevin «Ziyalıların Qarabağ səfəri» adlı uydurma projesində həvəslə yer alan, sonra da gedib əvvəlcə Qukasyanın, sonra Sarkisyanın Qarabağın gec-tez müstəqil olacağı haqqında mühazirələrini lal-dinməzcə dinləyən və onlara ən yumşaq formada etiraz bildirməyə hünəri və cəsarəti çatmayan Polad Bülbüloğlunu «İlin adamı» elan edəcək vicdana və əxlaqa sahib adamların var olduğu yerdə Eynulla Fətullayev əlbəttə ki, vicdan xaini, əxlaq düşmənidir!
ÜÇ: Oruc Məmmədalıyev kimi cəsur və namuslu bir Qarabağ qazisini dılğır bir video-kameraya görə həbsə atdıran, onun ölümünə yol açan, sonra da utanmadan çıxıb xalqa Qarabağ sevgisi, Şuşa həsrəti, Laçın nisgili deyə timsah göz yaşları tökənlərin «dəqiq, qərəzsiz, vicdanlı» hesab edildiyi yerdə Eynulla Fətullayev əlbəttə ki, qeyri-dəqiq, qərəzli və vicdansızdır!
DÖRD: Öz halal səslərinin bir tayfa rejimi tərəfindən oğurlanmasına etiraz edərək küçələrə çıxan, tapdanan haqqını, zorlanan iradəsini qorumağa çalışan insanlara «quduz», «vandal» damğası vurub, sonra da xalqa doğruluq, həqiqət dərsi keçməyi öz tərbiyəsinə sığışdıran bir zehniyyətin var olduğu yerdə Eynulla Fətullayev əlbəttə ki, yalançı və böhtançıdır!
BEŞ: Öz telekanalının adına kor olub, sonra da Bakı küçələrində əcnəbi dildə restoran, bar, mağaza axtarışına çıxan, zərrəcə qızarıb-eləmədən «qoymayın, ana dilimiz əldən gedir!» deyə qara-qışqırıq salmağı, həyasızlıq eləməyi bacaran bir əxlaqın var olduğu yerdə Eynulla Fətullayev əlbəttə ki, qeyri-səmimi və saxtakardır!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: