Archive for İ

Oğraşlıq haqqında…

Avqust 29, 2010

10-11 il bundan öncə rüşvət alan az idi. Sonradan neft gəlirləri artdıqca, rüşvət də artmağa başladı. Rüşvətlə yanaşı qəhbəliyin, oğraşlığın da səviyyəsi artırdı. Əvvəl rüşvət alan müəllimə pis baxırdılar! Sonrada rüşvət almayan müəllimə qəribə baxmağa başlanıldı. İndi də Azərbaycanda rüşvət almayan adama qəribə baxırlar. “Rüşvətsiz necə yaşayırsız?” sualını verirlər.

Bu oğraşlıq barədə düşünürəm! Qəhbəliyi gündəlik normaya çevirənlər haqqında düşünürəm!

Azərbaycanda insanların çoxu oğraş olmağı seçdi. Çoxları üçün oğraş olmaq vətəndaş olmaqdan üstün göründü!

“Bizim YOL” və mübariz Əfqan!

Avqust 14, 2010

Azərbaycanın tanınmış reportyorlarından birisi olan Əfqan Muxtarlı çalışdığı Bizim Yol qəzetindən çıxarılıb. Bu barədə dostlarımdan birisi mənə dedi. Səbəb isə, reportyor Əfqan Muxtarlının Demokrat qəzetində preizdent İlham Əliyevin Göygöldə tikdirdiyi malikanə haqqında araşdırma yazması olub. Yazdığı araşdırmaya görə, reportyoru Bizim Yol qəzetindən, qəzetin redaktoru Bahəddin Həziyev çıxardıb.

Bahəddin Həziyev maraqlı adamdır. Bir neçə il bundan öncə onu yazdığı sərt yazılara görə döymüşdülər. Sonrada nə təhər oldusa bu müxalifət qəzeti qısırlaşmağa başladı. Döyülən baş redaktor yavaş- yavaş “haqq” yoluna gəldi. Daha heç kimi tənqid etmədi. Başını aşağı salıb, kağızını yazdı, çap elədi… Bildiyim qədəriylə keçən ay ona “əməkdar jurnalist” titulu  da veriblər. Mirşahinin də bu tituldan varıdır.

Ölkə maraqlıdır ey, adamı döyüb özün üçün çalışdırmaq mümkündür! Sonrası yaxşı olacaq! Əfqana gəldikdə isə… Əfqan əfqanlar kimi mübarizdir!  Həm də saf, vicdanlı, qürurlu adamdır! Mənim belə adamlara sonsuz sevgim var!

Hay Salvador!

Quran kitabı arasında rüşvət alan müəllim haqqında…

Avqust 13, 2010

Əslində bu mövzunu çoxdan yazacaqdım. Amma vaxt olmadığından yaza bilməmişəm… İndi isə qısa bir vaxt var və yaza bilərəm. Bir dostum var. Bakıda universitetlərin birində oxuyur. Hamı bilir ki, universitetlərdə imtahanlar zamanı rüşvət yığırlar. Dostum da imtahan qabağı rüşvət yığan müəllimin istək və təkidiylə aparıb ona rüşvət verməyə. Müəllim də deyib ki, apar stolumun üstündəki kitabın içinə qoy. Dostum da dini şəkillərlər, təsbehlə bəzədilmiş otağa daxil olub, stolu tapıb. Görüb ki, stolun üstündə ancaq və ancaq Quran kitabı var. Müəlliminin dediyi kimi pulu kitabın arasına qoyub və otaqdan çıxıb.

Dostum sonradan nə qədər xəcalət çəkdiyini mənə dedi. Müqəddəs kitab arasına rüşvət qoymuşdu. Buna görə, vicdanı narahat idi… O elə bilirmiş ki, orada not kitabı, musiqi tarixi kitabı olmalıymış və pulu ora qoymalıymış. Oysa Quran kitabı arasına rüşvət qoyub. Bir neçə müddət keçəndən sonra dostum mənə dedi ki, sən demə universitetdə hər kəs rüşvəti Quran kitabının arasına qoyurmuş. Çünki, “HƏCİ MÜƏLLİM” özü belə istəyir…

Bax belə…

Elnur Astanbəylinin yazdığı, Azadlıq qəzetinin çap etmədiyi yazı…

Avqust 12, 2010

Eynulla necə ucalır?

Elnur Astanbəyli yazır…

Gözlənilən oldu. Azərbaycan xalqının böyük oğlu Eynulla Fətullayevin irtica lideri İlham Əliyevə yazdığı məktub «Azadlıq»da çap edildikdən sonra düyməyə basıldı. Çirkin, yalan və iftira dolu bir kampaniyaya start verildi. Tanış filmdir. Biz bu əxlaqsız filmi bir dəfə Əli Kərimli ilə bağlı izləmişik.
Sadəcə, indi növbə Eynullaya çatıb. Gözlənilən idi. Onun gün gələcək, tarix dərsliklərinə düşəcək məktubundan sonra yeni bir böhtan dalğasının başlayacağı gözlənilən idi. Mən bu prosesin davamlı olmasını arzulayıram. Çünki hər belə çirkin, rəzil saldırıdan sonra Eynulla bir az da böyüyür. Hətta nə vaxtsa onun haqqında ağlında şübhə toxumları, sual işarələri olanların da bu sevgili, cəsur vətən övladı ilə bağlı düşüncələri netləşir, qətiləşir.
Artıq Azərbaycanda çox sadə bir formul ortaya çıxıb: bu ölkədə Əliyevlərin sevmədiyi hər kəs millətin sevimlisi olmağa layiqdir! Bu ölkədə Əliyevlərin kimdən zəhləsi gedirsə, Əliyevlər kimə nifrət edirsə, bu xalqın və dövlətin əsl təəssübkeşi, əzabkeşi odur!
Ona görə də vurun Eynullanı! Daha çox vurun! Daha çox vurun ki, o daha çox BÖYÜSÜN, daha çox UCALSIN! O bu böyüklüyü, o bu ucalığı, türklər demiş, «hak ediyor».

Gözü çıxmış qardaşı unudanlar

Hardasa bir kanalizasiya partlayanda dərhal orada olan, amma millətin haqları, hüquqları tapdananda havaya buxarlanan, həmişə ən həlledici situasiyada milləti və dövləti sırtından vuran bir telekanalın (adını çəkib könül bulandırmaq istəmirəm) Eynulla haqqında «bədbəxt» deyib yaxa-başını cırması mənə Rəsul Quliyevi xatırlatdı.
Bir vaxtlar bu söz Quliyevin leksikonundan düşməzdi. Onun iki sözündən biri idi «bədbəxt». Sonu isə hamıya məlumdur. İndi okeanın o tayında milçək qovalamaqla məşğuldur. Görünür, Rəsul müəllmin təcrübəsindən hələ də dərs çıxarmayanlar var. Darıxmasınlar, onlara da növbə çatacaq.

Eynullanı düşmən çıxarmaq üçün beş səbəb

BİR: Azərbaycanın ən azı beş rayonunun işğalının altında imzası olan bir adamı «ümummmilli lider» elan edib, hər əlamətdar gündə onun şəklini ekranın yuxarı küncünə yerləşdirənlərin vətənpərvər sayıldığı, millətsevər adlandırıldığı yerdə Eynulla Fətullayev əlbəttə ki, vətən xainidir, millət düşmənidir!
İKİ: İlham Əliyevin «Ziyalıların Qarabağ səfəri» adlı uydurma projesində həvəslə yer alan, sonra da gedib əvvəlcə Qukasyanın, sonra Sarkisyanın Qarabağın gec-tez müstəqil olacağı haqqında mühazirələrini lal-dinməzcə dinləyən və onlara ən yumşaq formada etiraz bildirməyə hünəri və cəsarəti çatmayan Polad Bülbüloğlunu «İlin adamı» elan edəcək vicdana və əxlaqa sahib adamların var olduğu yerdə Eynulla Fətullayev əlbəttə ki, vicdan xaini, əxlaq düşmənidir!
ÜÇ: Oruc Məmmədalıyev kimi cəsur və namuslu bir Qarabağ qazisini dılğır bir video-kameraya görə həbsə atdıran, onun ölümünə yol açan, sonra da utanmadan çıxıb xalqa Qarabağ sevgisi, Şuşa həsrəti, Laçın nisgili deyə timsah göz yaşları tökənlərin «dəqiq, qərəzsiz, vicdanlı» hesab edildiyi yerdə Eynulla Fətullayev əlbəttə ki, qeyri-dəqiq, qərəzli və vicdansızdır!
DÖRD: Öz halal səslərinin bir tayfa rejimi tərəfindən oğurlanmasına etiraz edərək küçələrə çıxan, tapdanan haqqını, zorlanan iradəsini qorumağa çalışan insanlara «quduz», «vandal» damğası vurub, sonra da xalqa doğruluq, həqiqət dərsi keçməyi öz tərbiyəsinə sığışdıran bir zehniyyətin var olduğu yerdə Eynulla Fətullayev əlbəttə ki, yalançı və böhtançıdır!
BEŞ: Öz telekanalının adına kor olub, sonra da Bakı küçələrində əcnəbi dildə restoran, bar, mağaza axtarışına çıxan, zərrəcə qızarıb-eləmədən «qoymayın, ana dilimiz əldən gedir!» deyə qara-qışqırıq salmağı, həyasızlıq eləməyi bacaran bir əxlaqın var olduğu yerdə Eynulla Fətullayev əlbəttə ki, qeyri-səmimi və saxtakardır!

Kimdir “qozqıran”?

Avqust 11, 2010

Mirşahinə xatırlatma…

Mirşahin Eynulla Fətullayevlə bağlı “çəkdiyi” filmdə maraqlı bir fikir işlədib. Sosial şəbəkələrdə, bloglarda, forumlarda yazıçı Anarı tənqid edənlərə “kompyuter arxasında qozqıranlar” deyib.

Mən “Facebook”da erməni döyən gənc tanıyıram. Amma evində hərbi bilet var. Mən komyuter arxasında kəllə atan adam tanıyıram. Virtual olaraq namusdan, qeyrətdən danışanlar da bir “kamaz”dır.  Götü ilə mıx dartıb çıxardan adam tanıyıram mən! Durduğu yerdən 8 metr uzağa naporla “çiş” edən adam tanıyıram. Görəsən Mirşahin “kompyuter arxasında qozqıranlar” deyəndə onları nəzərə alıb ya yox? Axı onlar da “kompyuter arxasında qozqırırlar”

Mənə maraqlıdır, kimdir axı qozqıranlar?

Elnur Astanbəyli “Azadlıq” qəzetindən çıxır

Avqust 10, 2010

“Azadlıq” qəzetinin köşə gənc köşə yazarı Elnur Astanbəyli qəzetdən getməyə qərar verib. Bu barədə Elnur özü Facebook  şəbəkəsində yazıb. “Mirşahini məndən qorudular” – Elnur qəzetdən getməsiylə bağlı belə şərh yazıb.

Elnur Astanbəyli höküməti, prezidenti şəxsən tənqid edən yazarlardandır. Yazılarında hər zaman ad çəkib, konkret tənqidlər edib. Elnurun Mirşahin və ANSlə bağlı yazısı çoxmu qorxulu olub “Azadlıq” qəzeti üçün? Qəzetin baş redaktoru Qənimət Zahid yazını çap etməməyə qərar verib. Maraqlıdır… Nədən Qənimət Zahid Mirşahini Elnurdan üstün tutur? Qənimət Zahid Mirşahinlə dost ola bilər. Amma bu o demək deyil ki, qəzetin bir yazarının yazdığı məqalə qəzetdə dərc edilməyəcək!

Köşə yazarının fikri qəzet kollektiviylə üst- üstə düşməyə bilər. Yazılara görə, tənqidi yazara bildirmək lazımdır. Amma Azərbaycanda azad yazarla bağlı şikayəti qəzetin baş redaktoruna deyirlər. Qənimət Zahid peşəkar jurnalist, redaktordur. O hər şeyi çox yaxşı bilir. Güman edirəm ki, yaxın günlərdə Elnurla bağlı özü açıqlama verəcək!

Bir müddət əvvəl qəzetin satirik yazarı Mirzə Sakitin də şerləri qəzetdə çap edilmədi. Buna qəzetin direktoru Azər Əhmədov mane oldu. O zaman Qənimət Zahid həbsdə idi. Mirzə Sakit tənqidi şerlərinin qəzetdə çap edilməsini israr etsə də, buna nail ola bilmədi… Sonra yazar Azərbaycanı tərk etdi.

İndi yadıma «Realnıy Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetləri bağlanan zaman Şahvələd Çobanoğlunun Kafkdan gətirdiyi sitat yadıma düşdü: «Biz gedirik, qoy donuzlar rəqsini davam etsin» (Kafka)

“Xalqın qızıl fondu”: Mənə olar!

Avqust 10, 2010

Bakı. Avtobusdan bir görüntü.

Siyasi lüğəti barədə qeyd…

Avqust 10, 2010

Azərbaycanda bəzi sözlər anlaşılmır. Ölkədəki reallığı dərk edən adam çoxdur. Amma Azərbaycanda baş verənlərdən xəbəri olub da, özünü xəbərsiz kimi aparan badımcanbaşlar da az deyil. Bu badımcanbaşların lüğəti əlimə keçib. Bu barədə yazıram.

Azərbaycandakı badımcanbaşların izahlı lüğətindən bəzi sözlərin açılışı:

Demokratiya – (tərbiyəsizlik, əxlaqsızlıq, ana- baji söhbəti)
Kommunizm – (Çörək növbəsi, KQB, qorxu, işvərənlik, zavoddan oğurluq. Ana, bacı kommuna üçündür!)
Aksiya – (əxlaqsız adamların təşkil etdiyi mərasim, toplantı,tülkülük)
Etiraz – (Ağasına və çörəyinə şıllağ atan adamın etdiyi hərəkət)
Azadlıq – (əxlaqsızlıq, tərbiyəsizlik, (bax: demok.), atam icazə vermir)
Qəzet – (Götünə soxsan da oxumayacağı bir şey, qatıq balonunun ağzını bağlamaq üçün lazım olan kağız)
Kitab – (Semiçka satmaq üçün lazım olan əşya)
Hüquq – (Qoyun gəlmişik, qoyun gedəcəyik… (Məəəə – qoyunlara məxsus səs))
Vətəndaş – (Oğraş)
Millət vəkili: (Asfalt salan (salacaq) adam)
Rüşvət – (Balaları, evdəkiləri saxlamaq üçün əldə edilən gəlir)
Müxalifət –  (ermənilərə işləyən satqınlar, pis insanlar, ağılsız adamların toplaşdığı düşərgə)
İqtidar – (Baş üstə, pox da olsa yeyə bilərik. Bağışla, qələt eləmişəm!)
Hələlik bu qədər. Bir də badımcanbaşların bir şüarı da var. Onu da yazaq sonra mövzunu davam etdirərik. Badımcanbaşların ən çox sevdikləri fikir budur: “Yaxşı oğlansansa get Qarabağda vuruş!

ANS-in “filmi” barədə

Avqust 9, 2010

Bu barədə daha yazmayacam. Amma indi yazmaq zorundayam. Bu günə Eynulla barədə ikinci qeydim. Ümumilikdə isə 6-7 dəfə Eynulla barədə (həqiqəti!) yazmışam.

Yazıçı Anar hər dəfə tənqid edilib. Anar ilk dəfə deyil ki, tənqid edilir. Atası Rəsul Rrazadan bu yana Anarı çox ittiham, tənqid ediblər. Amma heç bir tənqiddə ANS-çi Mirşahin bircə kəlmə də danışmayıb, yazmayıb. Anarı müdafiə etməyib… Amma son hadisələrdə Mirşahin Anardan istifadə edərək Eynullanın üstünə gedir, onu vurmaq istəyir. Soruşmaq lazımdır ki, Ramiz Mehtiyev AYB-ni tənqid edəndə, Azərbaycanda yazıçıların vəziyyətinin bərbad olduğunu deyəndə Mirşahin harda idi?

Ümumilikdə təkcə Fikrət Qoca Anara “otviçat”dır. Hər zaman Fikrət Qoca Anarı müdafiə edib. Mirşahin daha nəyə və kimə lazımdır axı? Anar deyir ki, həbsdə olan jurnalistin dalınca danışmaq istəmirəm. Mirşahin isə, Anardan sitatlar gətirməklə jurnalistin dalınca danışır 🙂 Dünyada ancaq Fikrət Qoca Anarı müdafiə edə bilər.  Ancaq! Ancaq! Ancaq!

Anar fağır, qoca adamdır. Mirşahin onun adını çox hallandırmasın. Anara bir şey olarsa günahı Mirşahinin boynunda qalajax… Bax, mən yazdım! Bir salavat çevirək, ölənlərin ruhuna! Maksim Qorki düz deyib, sürünmək üçün doğulanlar uça bilmirlər!

Oskar barədə qeyd…

Avqust 8, 2010

Rüstəm İbrahimbəyovun da bir “Oskar”ı var.  Hər zaman Rüstəm adındankı “R” hərfini işlədən kimi, tez Rüstəm İbrahimbəyovun “Oskar”ını götümüzə soxurlar… Noolar, birinin BMW-si, Bentleyi olar da…  Adamın “Oskar”ı olar da… Buna görə bizim götümüzün günahı nədir axı? Mən heç Rüstəm İbrahimbəyovun “Oskar”la fotosunu görməmişəm. Mən bilmirəm, bəy mükafatı nə zaman, kimdən və harda alıb. “Oskar” alma törənini heç CNN göstəribmi? Bunu da bilmirəm… Amma adamın “Oskar”ı var.  (Ada bax: OSCAR!) Rüstəm İbrahimbəyov “Oskar” adından heç istifadə etməyib. Onu tərifləmək istəyənlər, onun bircə ssenarisini oxumayanlar onun adının qarşısına “Oskar” qoyurlar… Belə də şey olar?

Bu “Oskar” da Teksun qabından olmasın… Neftçinin bazası kubokla, medalla doludur… Hamısı da Teksun qablarından!

ANS və Eynulla barədə…

Avqust 8, 2010

Eynullanın yazdığı məktub, ANS-in tarix kitabından ağırdır!

Mirşahin Eynulla Fətullayevlə bağlı xüsusi verliş hazırlayıb. Verlişə baxan kimi hiss edilir ki, verliş çox tez hazırlanıb.  Hər kəs Eynulla ilə bağlı çox şey deyə bilər. Hər kəsin danışmaq haqqı var. Bu haqq hər kəsə verilib. O cümlədən ANS-də danışa bilər. İstər yalan, istər doğru. Amma heç kim ANS-in danışdığına inanmır. Hamı bilir ki, ANS kimdir, nədir. Heç kim daha ANS-ə inanmır. ANS-in yaratdığı saxta vətənpərvərlik hissini də insanlar çox gözəl bilir. “KVN Planeta Parni İz Baku”-dan da hamı bilir ki, ANS yalandan hər şeyi ermənilərin üstünə atır.

Yeri gəlmişkən, “KVN”şiklər ANS-in yaratdığı ciddi obrazların hamısını məhv ediblər. Bir zamanlar elə həmin “KVN”şiklər ANS-in məhşur “Döyüş alnımıza yazılıb” şüarını “Söyüş alnımıza yazılıb” etmişdir. Yəni ANS ciddiyə alınası bir qurum deyil. Güman edirəm ki, ANS-in danışdıqları da ciddi effekt verməyəcək, gündəmi dəyişə bilməyəcək. Gündəmdə Eynullanın yazdığı məktublardır!

***

ANS bir neçə film çəkib. Amma onlardan heç biri heç kimin yadında qalmayıb. Mən ANS-in çəkdiyi filmlərdən bircə kadr xatırlayan adam da tanımıram… Çünki dişsiz, mənasız, boz filmlərdir. Saat, jurnal, makaron biznesi olan adam nə film çəkə bilər? HEŞ ZAD. A TOBA HEŞ ZAD!

ANS-i qınamıram, ittiham etmirəm. Nə etsinlər? O boyda saat biznesləri (VMF) var. Bu biznesləri havaya uçuran deyillər ki. 3-4 jurnal çap edirlər. İsveçrə saatları satırlar. Dadlılar adı altında kofe, qənd, makaron satırlar… Yaxşı pul qazanırlar.

***

P.S. ANS milli- mənəvi dəyərdən, mədəniyyətdən danışır. ANS yaxşı kanal idi.  Mən uşaq vaxtı ilk dəfə erotikaya ANSdə baxmışam! Hiç unuturmuyum bunu? Adam taş olur ya…

Поле чудес: Qoşulub qaçan nazir arvadı kimdir?

Avqust 5, 2010

Bu gündən blogumda yeniliyə imza atıram. 🙂  “Поле чудес” blogumda yeni rubrikanın adıdır. Burada insanları maraqlandıran suallar olacaq. Cavabı isə siz tapacaqsınız. Bu “Поле чудес”-də sualları Leonid Yakuboviç verməyəcək… “Поле чудес”də hədiyyə zad da olmayacaq.

İlk sual belədir. Günlərlə qəzetlər yazır ki, hansısa nazirin həyat yoldaşı idmançıya qoşulub qaçıb. Sual belədir. Söhbət hansı nazirdən gedir?  Hərfləri yazın gəlsin… Bukva…

Butulka “sdavat”lamaq barədə…

Avqust 3, 2010

Bir dəfə Bakıda köhnə küçələrin birindən keçəndə, köhnə kişilərin söhbəti eştidim. Sovet dönəmindəki müharibə illərindən danışırdılar. Qocalar öz başına gələnləri, uşaqlıqda necə aclıq keçirdiklərini deyirdilər… Bir qoca dedi ki, biz ailədə 9 uşaq olmuşuq… 9 uşağın 3 tumanı olub… 5 corabı… O vaxtın işləri, hadisələri maraqlı olub…

Mən də Azərbaycanın müharibədən sonraki illərini yaşamışam, hiss etmişəm. Uşaqlıq illərində Bakı küçələrində hamı kimi mən də butulka yığıb “sdavat”damışam. Maraqlı iş idi… Zibillik eşməmişəm, amma bloklarda, tinlərdə butulka üçün gəzmişəm. Ailədə hər şeyə imkan olub. Amma müharibə illərini görən uşaqlarla birlikdə butulka yığmaqdan zövq alardım. Evdən alıb xərclədiyim pul maraqlı, zövqlü deyildi. Amma butulkadan ədlə edilən pullar daha maraqlı idi…  Bu roman mövzusudur, amma blog üçün yazdım.

Sizdə butulka “sdavat”lamısız? Maraqlıdır…


%d bloqqer bunu bəyənir: