İçəri Şəhər barədə qeyd…

Bakıda balaca şəhərdir. Məncə buna əlavə şərh yoxdur. Əgər bir şəhərin metrosunun xəritəsi yoxdursa, əgər bir şəhərin mərkəzində bir saat ərzində bir adam beş dəfə rast gəldinsə deməli sən kiçik şəhərdəsən. Şəhəri tanımaq üçün onun küçələrində azmaq lazımdır. Amma Bakıda azmaq mümkün deyil.

Balaca şəhərdə insanlar bir- birini tanıyır. Çox zaman dostlarım məni Bakıda telefonsuz axtarıb, tapıblar. Bakıda məni tanıyan 2-3 adam, məni axtarıb, tapa bilməyən adi adamlara çox asanlıqla yardım etmiş olar.  Yəni şəhər balacadır…

Bu balaca şəhərdə bir də balaca şəhər var. İçəri Şəhər… İçəri Şəhəri də yəqin görmüsüz… Qız qalasının yanındakı restoranda bişən aşın, kababın iyi İçəri Şəhər boyunca yayılır. Yəni o qədər xırda yerdir. Hökümət İçəri Şəhəri ha böyütmək, şişirtmət istəyir. Amma xeyri yoxdur… Yuneskoya zada soxurlar… Amma yenə də xeyri yoxdur.

Əsas məqsədim bu xırda şəhər (adam şəhər yazanda da pis olur) və onun adından istifadə edənlər barədədir. Azərbaycanda kimdən soruşursan deyir ki, İçəri şəhərliyəm…

“Atamgilin orda evi var…”, “Evimiz orda idi, satdıq”, “Biz əsil İçəri şəhərliyik…” – bu tip sözləri eşitməkdən bezmişəm. İnsanlar var, Almaniyada doğulurlar, amma yenə də deyirlər ki, İçəri Şəhərdənik. Mənim qohumlarımın çoxu deyir ki, İçəri Şəhərdənik. Başım çıxmır, pox boyda şəhərə neçə milyon adam sığa bilər? Azərbaycanın yarsı İçəri Şəhərdən olduğunu deyir. İçəri Şəhərdən olduğunu iddia edənlər nə demək istəyirlər axı? Maraqlıdır ki, Azərbaycanın əhalisinin yarısı ora necə sığışıb axı? Axı hər yoldan keçən  niyə deyir ki, İçəri Şəhərdənəm, karinnoyam, nə zibiləm!

Bunları başa düşmürəm… İçəri Şəhər nəsə ola bilər… Amma indi orada yaxşı kabab verirlər… Yaxşı kababxanalar, gürcü restoranları var. İçəri Şəhərdən olanlar da ac qalıblar… Əsas budur!

İçəri Şəhərin tarixi eramızdan əvvələ gedib çıxa bilər. Amma hal-hazırda xarici şirkətlər pulunu verib, orada ofis tikdirir. Köhnə evləri “tıraxtor”un ağzına verib şumlayırlar. Torpağın altından çıxan ilk insanın çənə sümükərini də “Kamaz”a doldurub vızıldadırlar… Ölkənin də yarısı deyir ki, İçəri Şəhərdənəm!!!

5 Cavab to “İçəri Şəhər barədə qeyd…”

  1. rovshan Says:

    Duz deyirsen kimi sorusursan deyir iceri seherliyim

  2. Ayuk Says:

    İqtisadiyyat müəllimimin fəxr edərmiş kimi dediyi sözləri xatırladım birdən: “Qızum, bilürsən, mən özüm də içəri şehərdənəm. O vaxtdarı Moskvada olanda klimə diyürdünsə içəri şehərdənsən, deyirdilər, oy daa, Bakı kişisüsən ki..İndi qalmıyub ki əsl Baku kişisü.. ”
    Çox alçaq adam idi, ona görə də ondan sonra içəri şəhərliyəm deyən hər insana qarşı qıcıq yaranır məndə.

  3. Anar Says:

    Onu bunu bilmirəm…. amma İçəri şəhərli olası ən real namizəd İtaliya səfirinin potensial oğludu! Amma zor olar e…. Təsəvvür elə, 20 il sonra bir Pedro gəlir, tutur Bakı Şəhər İcra Hakimiyyətinin yaxasından (ya da başqa yerindən – zövqə görə), deyir, “dove è la mia patria?!” (Hanı mənim ata yurdum?!)
    “O indi ancaq UNESCO-nun siyahısındadı…, yaxşı ki, vaxtında saldıq, yoxsa, orada da olmayacaqdı.”

  4. memmedhesenemi Says:

    yazdigivin yaridan coxu duzdu. elave edesi bi shey yoxdur. sadece onu demek olar ki, ortada qalmish milletdir, hemise ozunu onun bunun sheyine calag etmek isteyir. gah turke, gah farsa, gah rusa, ne bilim vikinklere zada soxushtururlar ozlerini. o ki, qaldi icerisheherlilere, Allah o kohne kishilere rehmet elesin. ayri alem idi o dovrler, getdi, heyif ki, getdi.

  5. FuSer Says:

    daima basırıq altında qalanlar özlərini həmişə kübar göstərmək istəyirlər və şəhərə mənsubiyyət onlar üçün məhs kübarlığın kriteriyalarindan biridir! daha demeyəçəm – haralıyam:)))))))) Birdə, ay Turxan, İçəri Şəhərdən nə qalıb ki…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: