Qaraqan nə deməli idi?

“Bir soğan soyuluyor yaşarıyor gözler
Bir devlet soyuluyor aldırmıyor öküzler ” Şair Eşref

Elxan Qaraqan Azadlıq radiosuna müsahibə verib. Müsahibəsi zamanı bildirib ki, Azərbaycanda həbs olunan bloggerləri tanımır. Azərbaycan balaca ölkədir. Kimlərin nə etdiyini hər kəs çox yaxşı bilir. Mən inanmıram ki, Qaraqan həbsdə olan bloggerləri tanımasın. Bu mümkünsüzdür. Ən azından insanlar çörəyi qulağına yemir. Ən azından Azadlıq radiosunun qonaqları və dinləyiciləri Azərbaycanda baş verən hadisələri çox yaxından izləyən insanlardır.

Bir neçə gün bundan öncə Anar radioda yalan üyüdürdü. İndi də Qaraqan! Anarı başa düşmək olar. Anargil hər zaman yalan danışıblar. Gözlərini açıb, yalan görüblər. Bunu hamı bilir. Bəs Qaraqana nə gəlmişdi yalan danışmağa? Doğurdanmı o bloggerləri tanımır? İnanmıram. Qaraqan bloggerləri çox yaxşı tanıyır. Sadəcə həqiqəti deməyə casarət etməyib! Həqiqəti demək, bloggerləri tanıdığını etiraf etmək bu qədərmi təhlükəlidir?

Vallah, sevgi mahnılarından başqa mən Qaraqandan heç nə  gözləmirəm! Qaraqan nə deməlidir? Deməlidir ki, Azərbaycanda rüşvətin başında İlham Əliyev durur?  Deməlidir ki, illərdir insanları aldadan hökümətdir? Deməlidir ki, insanlar şən və firavan yaşayır? Deməlidir ki, efirdə baş verən texniki qüsurlara görə görə üzr istəyirik?

Qaraqan əsgərlikdən yenicə gəlib. Ola bilər ki, 1-2 həftədən sonra bloqqerləri tanıdı. Onların niyə həbs edildiklərini dostlarından öyrəndi. Mənə çox maraqlıdır bundan sonra bloggerlərlə bağlı nə fikir söyləyəcək? Ümumilikdə isə söhbət bloggerlərdən getmir! Söhbət həqiqətdən gedir!

13 Cavab to “Qaraqan nə deməli idi?”

  1. menasiz Says:

    Qaraqanin hemiwe heqiqeti demesi onun orduya sahib olmasina esasdir.. biz bir HOST ailesiyik, duzgunluk, heqiqet etrafinda birlewmiwik!!!

  2. Ferid Says:

    Qaraqan replerin bezileerinde oz sozunu deyibse demeli cesareti var.Amma mencede bloggrleri taniyir

  3. FuSer Says:

    sən özün hər şeyi coooox yaxşı bilirsən Turxan, həqiqətin nəticəsi isə bəzən barmaqlıqlardan da betər olur. Qaraqanın səhvi ümümiyyətlə müsahibə verməkdədi. Stay undeground!

  4. FUAD Says:

    QaraQan oz sozunu replerinde deyib gedin tracklerin hamsina qulaq asin qaldiki bloggrlere onlari cox adam tanimir ele biri men sadece olaraq QaraQan bir musahibesinde bildiribki telev.. cox az baxir ve yalniz ozune lazim olan melumatlarla maraqlanir burda ne varki tanisaydi deyerdi taniyiram ele gulmeli danisirsizki lap usaq kimi HOST tu isdemeyenler oturub durub bir sey tapir gedin faydali isle mesgul olun bu melumati gec yazdim ona gore ki indi qabagima cixdi ozum olum yalan demirem “NE TEZ UNUTDUZ GULMEYİ GULUN”

  5. Gulmira Ekber Says:

    O musahibeni veren zaman Qaraqan esgerlikden hele teze qayitmiwdi.1 il idi ki,her weyden uzaq idi.bir de ki, nece isteyir ele de daniwir.xowunuza gelmirse niye dinleyirsiz? gedin butun gunu “dogrulari” daniwan bir insan tapin,onu dinleyin.deyesen,sizin iwiniz gucunuz yoxdu ee…

  6. Artemida Says:

    Men siznen tam raziyam bunlarin ishi gucu yoxdu, bekarciliqdan bilmirler ne etsinler. O Turxan bu gune qeder Elxanin etdiklerinin minde birini de etmiyib. Bu yashda bu qeder ugur qazanib, coxlarinin gozu goturmur. Elbette asandi oturub agzina geleni yazmaq. Sadece menasiz sohbetdi,lap dedi taniyiram,sonra ne desin, neye lazimdi axi…

  7. Nurana Soltanova Says:

    Milletin iwi gucu qutarib e e…bilmirler Elxan haqda daha ne daniwsinlar…GÖREN NIYE BIZI BEYENMIYENLERIN YÜZDE YÜZÜ DÜZÜ BILE BILE DÜZÜ QOYUB IZIMIZI TAPIR…?

  8. Ana Panda Says:

    hah .)) qaraqan kimdir ki?

  9. Aziz Says:

    Qaraqan oz sozunu ancaq HOST, esl HOST olanda deyib, o da hami deyib deye o da deyib….indiki Qaraqanin yazdiqlarina baxsaz, goreceksiz ki orada sevgi ve s kimi bosh bosh movzular, hech ne ve hech kim tenqid olmur…hani HOST-un genclerin beyinlerini silkeleyen raplar? yoxdu! niye? chunki evvelki HOST-dan hech ne qalmayib…qalib Qaraqa, o da agzina geleni yazir! sohbet cesaretden gedirse, evvel Qaraqan deyirdi chunki teze idiler, indi demir, gorunur neise qadaga eleyibler, buna cesaret demirler🙂 HOST-un fanatlarinin 90% menasiz fanatlardi…neceki raplarinin birinde deyirler ki: “amma 1000 neferden yalniz biri emel eledi”😀 Qaraqanin indi yazdiqlarini terifleyenler, hemin o 1000 neferin siyahisindadirlar!

  10. No Name Says:

    Blogger ne demekdir ki???

  11. Ramin Says:

    Ala ne savadsiz insansan? Qaraqan Nedie her weyi o demelidi?bele zor oglansan get sen de .arxaca daniwma o insandı ozu biler ne edir kimi taniyir sene ne olub

  12. pervizibrahim Says:

    QaraQanın cəsarətli günləri qaldı keçmişdə. Bugün ancaq fəlsəfədən filan yazır😀

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: