Archive for İ

Six Flags haqqında xırda qeyd…

İyul 31, 2010

Six Flags – Magic Mountain çox böyükdür. Los Angelesdə dağların arasında salınıb bu əyləncə mərkəzi. Dünyanın ən möhtəşəm atraksiyonları demək olar ki, buradadır. Parkı bir gün ərzində tam gəzmək mümkünsüzdür. Parka gələn qonarlar səhər tezdən gəlirlər ki, axşama heç olmasa parkda olan atraksiyonların bəzilərinə minə bilsinlər… Parka giriş qiyməti amerikalılar üçün demək olar ki, pulsuzdur: 29.99 dollara… Bu qiymətə bilet ala bilsəniz atraksiyonlara növbəylə minə biləcəksiniz. Amma 29.99 dolların üstünə 30 dollar da əlavə etsəniz “flaş pas” almaq mümkün olar. Bununla da anraksiyonlara növbəsiz minmək mümkündür. Mən də bilet üçün 60 dollar verdim. Xeyli təhlükəli atraksiyonlara mindim. Dəhşətlidir… Minməyə dəyər… Amerikaya gəldinsə, belə yerləri ziyarət etməlisən… Amerikanın ziyarətgahları belə yerlərdir…

Böyük atraksiyonların yanında hər zaman növbə və ayaqyolu olur. Atraksiyonlarda qorxanların çoxu ayaqyoluna çatmayanda maraqlı görüntü yaranır. Yaş şalvar və s…

Bu da mən mindiyim atraksiyonlardan ikisidir… Güclə videoya çəkə bildik… Bir sözlə… Six Flags maraqlı yerdir. Amma Sex Flags olsaydı daha yaxşı olardı.

Amerika əslində belə şeylərdir… Şərqdə görə bilmədiyimiz şeylərdir Amerika…

İçəri Şəhər barədə qeyd…

İyul 28, 2010

Bakıda balaca şəhərdir. Məncə buna əlavə şərh yoxdur. Əgər bir şəhərin metrosunun xəritəsi yoxdursa, əgər bir şəhərin mərkəzində bir saat ərzində bir adam beş dəfə rast gəldinsə deməli sən kiçik şəhərdəsən. Şəhəri tanımaq üçün onun küçələrində azmaq lazımdır. Amma Bakıda azmaq mümkün deyil.

Balaca şəhərdə insanlar bir- birini tanıyır. Çox zaman dostlarım məni Bakıda telefonsuz axtarıb, tapıblar. Bakıda məni tanıyan 2-3 adam, məni axtarıb, tapa bilməyən adi adamlara çox asanlıqla yardım etmiş olar.  Yəni şəhər balacadır…

Bu balaca şəhərdə bir də balaca şəhər var. İçəri Şəhər… İçəri Şəhəri də yəqin görmüsüz… Qız qalasının yanındakı restoranda bişən aşın, kababın iyi İçəri Şəhər boyunca yayılır. Yəni o qədər xırda yerdir. Hökümət İçəri Şəhəri ha böyütmək, şişirtmət istəyir. Amma xeyri yoxdur… Yuneskoya zada soxurlar… Amma yenə də xeyri yoxdur.

Əsas məqsədim bu xırda şəhər (adam şəhər yazanda da pis olur) və onun adından istifadə edənlər barədədir. Azərbaycanda kimdən soruşursan deyir ki, İçəri şəhərliyəm…

“Atamgilin orda evi var…”, “Evimiz orda idi, satdıq”, “Biz əsil İçəri şəhərliyik…” – bu tip sözləri eşitməkdən bezmişəm. İnsanlar var, Almaniyada doğulurlar, amma yenə də deyirlər ki, İçəri Şəhərdənik. Mənim qohumlarımın çoxu deyir ki, İçəri Şəhərdənik. Başım çıxmır, pox boyda şəhərə neçə milyon adam sığa bilər? Azərbaycanın yarsı İçəri Şəhərdən olduğunu deyir. İçəri Şəhərdən olduğunu iddia edənlər nə demək istəyirlər axı? Maraqlıdır ki, Azərbaycanın əhalisinin yarısı ora necə sığışıb axı? Axı hər yoldan keçən  niyə deyir ki, İçəri Şəhərdənəm, karinnoyam, nə zibiləm!

Bunları başa düşmürəm… İçəri Şəhər nəsə ola bilər… Amma indi orada yaxşı kabab verirlər… Yaxşı kababxanalar, gürcü restoranları var. İçəri Şəhərdən olanlar da ac qalıblar… Əsas budur!

İçəri Şəhərin tarixi eramızdan əvvələ gedib çıxa bilər. Amma hal-hazırda xarici şirkətlər pulunu verib, orada ofis tikdirir. Köhnə evləri “tıraxtor”un ağzına verib şumlayırlar. Torpağın altından çıxan ilk insanın çənə sümükərini də “Kamaz”a doldurub vızıldadırlar… Ölkənin də yarısı deyir ki, İçəri Şəhərdənəm!!!

Azərbaycanda yaşayanların haqqı nədir?

İyul 28, 2010

Azərbaycanda yaşayanların haqqı cənnətə getməkdir. Əgər cənnət varsa ora ilk gedən azərbaycanlılar olmalıdırlar. Çünki, onlar bu çox əzab çəkiblər.  Onlar cəhənnəmdə olan bütün əzabları Azərbaycanda görüblər.

Eynullanı ittiham edənlər haqqında qeyd…

İyul 23, 2010

Bizim hardan gəldiyimiz şərt deyil, hara gedəcəyimiz şərtdir… Cem Özdəmir (Almaniya Yaşıllar Partiyasının sədr müavini)

Bilmirəm təsadüfdür ya yox… Amma yenə də Eynulla Fətullayevlə bağlı yazıram. Məncə Eynulla barədə yazmaq mənə vicdan rahatlığı verir. Vicdan barədə yazanda gecələr rahat yatıram və özümü yaxşı hiss edirəm!

Çox insanlar hələ də Eynullanı ittiham edir. Çox adamlar hələ də Eynullanı sevmir. Çox insanlar hələ də Eynullaya agent deyir. Kim nə deyir desin… Eynulla fəxr edilməli adamdır. Hər kəs ittiham edə bilər. Amma baxır kimi ittiham edirsən.

O zaman Türkiyənin “Hürriyet” qəzetində Nazim Hikmətin fotosu çap edilmişdir. Fotonun altında yazılmışdı: “Vətən xaininin fotosu əlimizə keçib. Onu çap edirik ki, üzünə doyunca tüpürəsiniz!” Vaxtiylə Nazim Hikmət satqın idi… Amma indi bütün dünya onu sevə- sevə oxuyur. Nazimi ittiham edənlər yoxdur, amma Nazim ürəklərdə, dillərdədir!

Eynullanı sevmək, ona hörmət qoymaq da cəsarətdir. Bunu da unutmayın. Əgər kim bunaşəkk edirsə, məncə o da qorxaqdır!

Eynullanın keçmişi, keçmişdə nə iş etdikləri mənə maraqlı deyil. Çünki onun həbs zamanı göstərdiyi hünər, qürur və cəsarət daha ucadadır. Deyirlər ki, Eynulla Araz Əlizadənin yanında olub. Sonra Əli Nağıyevin, sonra Ayaz Mütəllimovun, sonra ANSçi olub. Yəni ittiham edənlər demək istəyir ki, Eynulla kimə gəldi, necə gəldi xidmət edib. Ondan qürurlu insan, şəxs düzəltməyə dəyməz.

Mənim üçün Eynullanın keçmişi maraqlı deyil. Mənim üçün indi, bu gün maraqlıdır. Rüşvətin, yaltaqlığın, satqınlığın, qəhbəliyin bir qəpiyə olduğu bir zamanda adam qorxmadan danışır. Fakt və sübutlar gətirir. Konkret adlar çəkir.

Hal-hazırda varmı belə bir şəxs? Varsa göstərin! Yoxdursa soxun içinizə!

Sevil Nuriyeva demişkən… Mutlu yarınlar… Azərbaycan!

Azərbaycanda “Youtube” niyə gec açılır?

İyul 17, 2010

2-3 gündür Azərbaycanda Youtube videolarının açılmasına problemlər yaşanır.  Sürətli internet xidmətindən istifadə edən dostlarım da Youtube videolarının gec yüklənməsindən şikayətlənirlər.

Youtube niyə gec açır?

Azərbaycanda parlament seçkiləri yaxınlaşır. Məncə indiyənədək Azərbaycanda normal çalışan Youtube’nin problem yaşamasına səbəb məhz siyasi səbəbdir. Çünki normal çalışan bir video sistem birdən- birə gec, problemlərlə işləyə bilməz. Əgər işləsə də bu barədə qurum özü rəsmi açıqlama verməlidir. Amma indiyənədək heç bir açıqlama və xəbərdarlıq edilməyib.

Ümumilikdə isə hökümətin siyasi sayt bağlama (www.susmayaq.biz;  http://www.tinsohbeti.com) təcrübələri var. Bir neçə ay bundan öncə AXC sədri Əli Kərimliyə məxsus WordPress bloqu da dağıdılmışdır.  İndi də düşünürəm ki, Youtube Azərbaycan tərəfindən ləngidilir. Dəfələrlə Azadlıq qəzetinin saytı dağıdılıb. Son aylarda isə Azadlıq Radiosunun saytının işləməsində problemlər yaranmışdır.

Youtube: şikayət

Youtube’nin gec açılması ciddi bir problemdir.Bu problem  ictimailəşməlidir. Bununla jurnalist, hüquqmüdafiə və internet təşkilatları maraqlanmalı və ictimaiyyətə açıqlama verməlidirlər.

Bloggerlər və Eynulla Fətullayev barədə

İyul 14, 2010

22 iyulda Azərbaycanda milli mətbuatın 135 illik yubileyi qeyd ediləcək. Bu gündə bloggerlərin azad edilməsi dəqiqdir. Hillari Klinton Bakıda bloggerlər məsələsini həll edib və rahat gedib.

Ola bilər ki, hökümət Eynulla Fətullayevi də azad etsin. Çünki, hüquqi prosedur bunu tələb edir.

YM: Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il aprelin 22-də birinci iki iş üzrə Fətullayevin ədalətli mühakimə hüququnun pozulduğunu tanıyıb, onun dərhal azadlığa buraxılmasını tələb edib, jurnalistə 25 min avro təzminat ödənilməsi haqda qərar qəbul edib. Hakimiyyət dairələri üç ay müddətində Avropa Məhkəməsinin Böyük Palatasına şikayət veriləcəyini açıqlayıblar. Üç aylıq müddət iyulun 21-də başa çatır.

Hökümət Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından şikayət verməyib. Çox güman Avropada biabır olmaqdan qorxan hökümət bu addımı atmayıb.

Baxaq görək nə olur. Məncə Eynulla Fətullayevi azad edib, müalicə adıyla ölkədən çıxaracaqlar və bir daha onu Azərbaycana gəlməyə imkan verməyəcəklər.

Kim nə edir, nə deyir desin! Amma Eynulla Fətullayevlə fəxr etməyə dəyər. Ona olan təyziqlər heç kimə olmadı. Ona təklif edilən şeylər heç kimə təklif edilmədi… Amma Eynulla bütün ağırlıqlara, çətinliklərə tab gətirdi, dözdü. Vicdanını, qürurunu alçaltmadı! Onunla ancaq fəxr etmək, öyünmək olar!

Qaraqan nə deməli idi?

İyul 14, 2010

“Bir soğan soyuluyor yaşarıyor gözler
Bir devlet soyuluyor aldırmıyor öküzler ” Şair Eşref

Elxan Qaraqan Azadlıq radiosuna müsahibə verib. Müsahibəsi zamanı bildirib ki, Azərbaycanda həbs olunan bloggerləri tanımır. Azərbaycan balaca ölkədir. Kimlərin nə etdiyini hər kəs çox yaxşı bilir. Mən inanmıram ki, Qaraqan həbsdə olan bloggerləri tanımasın. Bu mümkünsüzdür. Ən azından insanlar çörəyi qulağına yemir. Ən azından Azadlıq radiosunun qonaqları və dinləyiciləri Azərbaycanda baş verən hadisələri çox yaxından izləyən insanlardır.

Bir neçə gün bundan öncə Anar radioda yalan üyüdürdü. İndi də Qaraqan! Anarı başa düşmək olar. Anargil hər zaman yalan danışıblar. Gözlərini açıb, yalan görüblər. Bunu hamı bilir. Bəs Qaraqana nə gəlmişdi yalan danışmağa? Doğurdanmı o bloggerləri tanımır? İnanmıram. Qaraqan bloggerləri çox yaxşı tanıyır. Sadəcə həqiqəti deməyə casarət etməyib! Həqiqəti demək, bloggerləri tanıdığını etiraf etmək bu qədərmi təhlükəlidir?

Vallah, sevgi mahnılarından başqa mən Qaraqandan heç nə  gözləmirəm! Qaraqan nə deməlidir? Deməlidir ki, Azərbaycanda rüşvətin başında İlham Əliyev durur?  Deməlidir ki, illərdir insanları aldadan hökümətdir? Deməlidir ki, insanlar şən və firavan yaşayır? Deməlidir ki, efirdə baş verən texniki qüsurlara görə görə üzr istəyirik?

Qaraqan əsgərlikdən yenicə gəlib. Ola bilər ki, 1-2 həftədən sonra bloqqerləri tanıdı. Onların niyə həbs edildiklərini dostlarından öyrəndi. Mənə çox maraqlıdır bundan sonra bloggerlərlə bağlı nə fikir söyləyəcək? Ümumilikdə isə söhbət bloggerlərdən getmir! Söhbət həqiqətdən gedir!

Atalar sözləri haqqında qeyd

İyul 10, 2010

Azərbaycan qəribə məmləkətdir. Azərbaycanlılar da maraqlı personajlardır. Onların içində hələ də atalar sözlərinə inanlar, atalar sözləriylə yaşayanlar var. XXI əsərdir… Biz yenə də dəmiri isti- isti döyürük, otu kökü üstündə bitiririk… Uman yerdən küsürük… XXI əsrdir… Hələ də dəmiri isti- isti döyürük. Amma dəmirdən bir pox düzəldə bilmirik. Düzəldə də bilməyəcəyik. Çünki atalarımız bizə dəmirdən nəsə düzəltməyi öyrətməyiblər. Öyrəndiyimiz sadəəc dəmiri isti- isti döyməkdir.

Atalar hələ də düşünürlər ki, qız ağacı, qoz ağacıdır. Biz qızın qozla müqayisə edildiyi bir məmləkətdə yaşayırıq!

Bizim evimizi atalar sözləri, qədim- qədim pox-püsürlər yıxıb. Bizim keçmişimiz, qədim tariximiz ola bilər. Amma hal-hazırda biz heç kimik! Ölkədə rüşvət baş alıb gedir. Hökümət xalqı talayır. Çox güman bu talana da bir atalar sözü düşüb: Saxla samanı, gələr zamanı!

Bizim atalar sözlərində oğruya da yer var. Yalançıya da… Mərdə də, namərdə də… İnanmırsız?

anarlar çoxdur…

İyul 7, 2010

Yazıçılar Birliyinin sədri (idarə, istehsalat sədri) Anar Azadlıq radiosuna Eynulla Fətullayevin həbsiylə bağlı fikirlərini bildirib. Saray xidmətçisi olan Anarın müsahibəsində (http://www.azadliq.org/content/article/2093285.html) yeni bir şey yoxdur. Anargil hər zaman Saraya xidmət ediblər, indi də sevimli işlərinə davam edirlər. Hindistanda insanlar kastaya bölünən kimi, Anargil də kastaya bölünüblər. Onlar Sarayasadiqlər kastasına məxsusdurlar.

Dünyada Anarlar çoxdur. Amma Eynullalar azdır. Anar fağır, qoca, təqaüdçü admadır. Köhnə radio kimi də heç kimə lazım deyil. Bircə “Xalq ulduzu” kimi bir verliş açıb, Anarı orada münsiflər heyətinə qatmaq lazımdır. O zaman Milli Məclisin kreslosunu dəyişəndə Anarı da dəyişdilər. Amma Anar dəyişilmədi.

Eynulla Fətullayevin yazdığı bircə cümləni Anar, AYB-nin 1500 yazıçı- şair üzvü yığışsa da yaza bilməz. Buna tam əminəm! Amma adlarını yazıçı qoyublar… Heç olmasa o idarənin adını dəyişin… Mənim üçün bircə kəlmə həqiqəti yazmağa cəsarəti çatmayan 1500 nəfər yazıçı qəssab kimi bir şeydir.

Anarın gözündə yekə eynək var. Adam o eynəkləri gözünə taxıb ulduzları görə bilər. O eynəklə yeni səma cisimləri, yad planetlər tapmaq olar… Amma Anar ölkədə baş verən adicə həqiqəti görmür! Nə deyəsən eyyy… Oğraşdır yalan deyən, acizəm yazmağa… Söz tapa bilmirəm! Mənim ağzımı da …-sələr söz tapa bilmirəm yazmağa. Əgər adam adicə həqiqəti başa düşmürsə daha nə yazasan ey?

P.S: Anar necə danışıbsa, mən də onun şəkilini blogumda eləcə yerləşdirirəm!

EYNULLA FATULLAYEV SENTENCED TO 2.5 MORE YEARS IN PRISON

İyul 6, 2010

Today the Garadag district court presided by Ismayil Halilov has read out the sentence passed on the convicted journalist Eynulla Fatulayev. Court found Fatullayev guilty on count 234.1 (illegal drug storage) and sentenced him to 2.5 years of imprisonment. Judge also decided to recover the costs of 70 AZN from Fatullayev. Judge also enacted to count out the penalty from today, but not December 31, 2009, when Fatullayev was moved from the colony to the pre-trial isolator. Fatullayev called the sentence a “disgrace” and a bright example of lack of justice in Azerbaijan. “In the criminal and authoritarian countries the best award to the journalist is a sentence,” he said. But he added that the sentence will not crush him. “I do not need any compromises – I want either everything, or nothing,” he said. The journalist’s lawyer Isahan Ashurov said the court decision is “illegal and unfair.” The journalist’s father Emin Fatullayev said the sentence is ”a political order of the presidential administration.” The Yasamal district court had previously sentenced Fatullayev, editor of the newspaper Real Azerbaijan, to two and a half years in jail on libel charges. Later a new criminal case was filed against Fatullayev on three counts – 214.1 (threat of terrorism), 283.2.2 (incitement to racial and religious hatred) and 213.2.2 (tax evasion). On October 30, 2007 Fatullayev was found guilty on all three counts and sentenced to eight and a half years in prison by the Serious Crimes Court. On December 29, 2009, 0.22 grams of heroin was reportedly found in Fatullayev’s clothes and shoes in prison colony no 12. The journalist claimed that the drugs had been planted.On April 22, 2010 the European Court in Strasbourg declared the sentences illegal and demanded that the journalist be released immediately, but the Azerbaijani authorities appealed against the decision. (Turan)

Use condoms, be democrat!

İyul 4, 2010

Hillari Klinton deyib ki, əsas məsələ təhlükəsizlikdir. Düzdür! Düz sözə nə deyəsən? Atalar düz deyib, Use condoms, be democrat!

Hillari Klintonun səfərindən sonra nə ola bilər?

İyul 4, 2010

Hillari Klinton Azərbaycana gəldi və getdi. Görüşlərinin birində Hillari Klinton bizimkilərə deyib ki, biz demokratiya yolunu 234 ilə keçmişik. Hələ də son məqsədə çatmamışıq. Yəni Hillari Klinton demək istəyib ki, narahat olmayın sizdə də demokratiya olacaq.  Əgər Amerika 234 ilə bu yolu keçibsə, çox güman Azərbaycan bu yolu 1234 ilə keçəcək.  Mən isə demokratiyada son məqsəd nə olduğunu isə ilk dəfədir eşitdim. Son məqsəd nə deməkdir?

***

Klinton Azərbaycanda bloggerlərin həbsinə münasibət də bildirib. Onların həbsindən narahat olduğunu, Barak Obamanın və özünün bloggerlərin həbsiylə bağlı çoxlu  məktub aldığını açıqlayıb. İndi ehtimal var ki, yaxın aylarda bloggerlər azad ediləcək. Bloggerlərin azad edilməsiylə iş bitmir. Bloggerləri azad edəcək Azərbaycan höküməti, Rusiyaya sadiq qaldığını sübut etmək üçün bir neçə jurnalistə, müxalifətçiyə təyziq edəcək. Çox zaman belə olub. Qərbə tərəf bir addım atılanda, Rusiyaya tərəf beş addım atılıb.

Hillari Klintonla kimlər görüşəcək?

İyul 4, 2010

13.08

Görüş İçəri Şəhərdəki Muğam Teatırında olacaq.

***

İndicə aldığım məlumata görə, bir neçə dəqiqədən sonra Hillari Klinton gənclərlə görüşəcək.  Görüşə dəqiqələr qalır… Görüşdə iştirak edənlərin fikrinə bloqda yer ayırmağı düşünürəm…

12.22

Hillari Klintonla görüş barədə Ramin Hacılı Facebook-da yazır: “Hillari Klintonla görüşə gedirəm! “QARABAĞ, DEMOKRATİYA və s.” kimi şüarlar atıb ağlamaq fikrim yoxdu!

Görüşdə iştirakı ehtimal edilən Zaur Əkbər:  Sabah (bu gün) ölkəmizə təşrif buyuran ABŞ-ın Dövlət katibi Hillary Klinton ölkənin tanınmış müstəqin gənclər təşkilatının liderləri ilə bir araya gələcək! Bizlər bu səfərin və görüşün ölkədə yeni ictimai siyasi atmosferin yaranmasına gətirib çıxaracağına ümid edirik!

***

Hillari Klinton Bakıya gəlir. Klinton bildirib ki, Bakıdakı səfər zamanı gənc fəallarla görüşəcək. Əldə etdiyim məlumata görə, keçirilməsi planlaşdırılan görüşdə Zaur Əkbər, Rəşad Şirin, Əli Novruzov, Ramin Hacılı, Vüqar Səfərov, Orxan Qafarlı, Ceyhun Osmanlı, Elnur Aslanov(?) (görüşdə yeni isimlər də iştirak edə bilər) iştirak edəcək.

Hillari Klintonla görüşdə müxalifət partiyalarının gənclər təşkilatından heç kim dəvət edilməyib. Görüşə gənc jurnalistlər, yazarlar dəvət edilməyib. Heç bir partiya, təşkilat üzvü olmayan müxalif gənclər də görüşdə iştirakı gözlənilmir.

Bir sual: Maraqlıdır, Hillari Klintonla görüşəcək gənclərin siyahısını kim(lər) hazırlayıb?

Yenilənəcək…

Əfqanıstandan bir neçə foto…

İyul 3, 2010

Fotoreportyorların Əfqanıstanda çəkdikləri maraqlı şəkillərə internetdə rast gəldim.

Dostlarımdan biri Bakıda sığınacaq alan əfqan qaçqınından Əfqanıstanda nə işlə məşğul olduğunu soruşmuşdu. Cavabında əfqan qaçqını da “qumbara atan” demişdir. Sonrada əlavə etmişdir ki, 30 yaşı var, göz açandan müharibə görüb! Əfqanıstanda çəkilən fotolara baxanda əmin oldum ki, həqiqətən də dünyada lənətlənmiş ölkələr, ərazilər, xalqlar var… Torpağın teleyi fırlanıb insanın da taleyini dəyişə bilir. Cənubi Amerikada doğulanlara inqilabçılıq tapşırılır… Əfqanıstanda doğulanlara da qanlı mübarizə…

Biz isə özümüz üçün yaşayırıq… Böyüyəcəyik… Sonra evlilik, sonra uşaqlar. Sonra uşaqların bağçası… Və gic- gic sonralar… Hamımızın cibin nəşə atacaqlar…  Eh

ABŞ əsgəri puştu- inglis dilində olan lüğətinə baxarkən:

ABŞ əsgərlərinin hərbi düşərgəsi. Marjah. Əfqanıstan… və gecə…

Yasin…

Müxalifət zəifdirsə…

İyul 3, 2010

Mən düşünmürəm ki, Azərbaycan müxalifəti zəifdir. Müxalifətin zəif olduğunu deyən debillər bilməlidirlər ki, iqtidar da zəifdir.  Qorxaqlar, yaltaqlar iqtidarı heç bir şeydə ittiham, tənqid edə bilmirlər. Amma müxalifətdən  söz düşəndə ağızları sulana- sulana təhqirlə danışırlar.

Əgər Azərbaycan müxalifəti zəifdirsə niyə ona şəhərin küçələrinin birisində öz etiraz mitinqini keçirməyə icazə vermirlər? Əgər müxalifət zəifdirsə niyə güclü, lap güclü, ən güclü iqtidar onun keçirdiyi aksiyalardan, mitinqlərdən qorxur? Axı güclülər heç bir şeydən qorxmur!

Müxalifət zəifdirsə icazə vermək lazımdır ki, şəhərin mərkəzi meydanlarının birində dinc, sakit (görüşünü) mitinqini keçirsin. Zəif adlandırılan müxalifətin, zəif mitinqinə 30-40 adam toplaşsın… Bütün Azərbaycan və dünya da görsün ki, müxalifətin 30-40 adamı var. Amma bu belə deyil axı. Ölkədə xeyli narazı vətəndaş var. Onların problemləriylə hökümət  məşğul olmalıdır. Əgər hökümət məşğul olmursa müxalifət tərəfdar toplamaq üçün onlarla davamlı görüşlər, toplantılar, mitinqlər keçirməlidir. Buna da imkan verilmir. Arada da toplum rəqsanələşir…


%d bloqqer bunu bəyənir: