Emin Milli və YOL

Emin Millinin həbsdən çıxıb, kəndlərinə getməkləri mənə Yilmaz Güneyin məhşur YOL filmini xatırlatdı. Kann mükafatını alan “YOL”da 5 məhbus Türkiyədəki 12 sentyabr çevrilişindən sonra icazəylə həbsxanadan çıxıb evlərinə (hərə öz köyünə) gedirlər. Filmdəki hadisələr də elə yolda cərayan edir. Həbsdən çıxanlar çöldə də həbsxana olduğunun şahidi olurlar.

“Çirkin kral” adıyla tanınan Yilmaz Güney 47 il ömür yaşayıb. Siyasi baxışlarına görə 12 il həbsdə olub. Müxtəlif, qondarma və yalançı  ittihamlarla 100 illik həbs cəzası alıb. YOL filminin ssenarisini də elə həbsdə yazıb. Filmin çəkilişlərinə də həbsdənrəhbərlik edib.

Yılmaz Güney “Divar” filminin çəkilişləri zamanı çəkiliş kollektivini yığaraq onların qarşısında maraqlı çıxış edir.  Gördüyü işləri, fikirlərini onlara bir daha aydın olsun deyə açıqlayır: “Gördüyüm işlərə görə bir gün tarix məndən hesab soracaq. Sizlərdən tarix hesab sora bilməz. Çünki siz çoxsunuz… Sizi bir- bir tapıb hesab sormazlar. Ancaq məndən mütləq gördüyüm işlərin hesabları sorulacaq.

Və… Hələ də Azərbaycanda insanlar saxta, qondarma ittihamlarla həbs edilir. Siyasi baxışlarına görə təqib edilir. Hələlik baş verənlərə görə heç kim cavab vermir. Amma vaxt gələcək ki, insanları xuliqan adıyla həbs etdirənlər, həbs edənlər cavab verəcəklər. Gec- tez bu baş verməlidir. Başqa çıxış yolu yoxdur! Suallar varsa cavabları da olmalıdır!

Və… Emin Milli 3 günlük azadlıqdadır. Tamaşa hələ də davam edir… Saxta ittihamla adam həbs edirlər, sonra onu 3 günlük azadlığa buraxırlar. 3 gündən sonra Emin bizim yanımızdakı həbsxanadan içəridəki həbsxanaya gedəcək! Azadlıqda görüşmək arzusuyla…

Advertisements

Bir Cavab to “Emin Milli və YOL”

  1. Anar Says:

    Yenə Türkiyənin o vaxt bir çox görkəmli şəxsləri həbs etməyində hər hansi bəraətcik tapmaq olardı – ən azından onları həbs edənlər, bunu şəxsi maraqlara görə etmirdilər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: