Nəcəf Nəcəfov haqqında…

Bu gün çoxları Elçibəyin doğum gününü qeyd edib. Unutmamaq lazımdır ki, bu gün həm də qürurlu insan, vicdanlı jurnalist Nəcəf Nəcəfovun doğum günüdür! Uşaqlıqdan Azadlıq qəzetinin redaksiyasına tez-tez getməyimə baxmayaraq mən Nəcəf Nəcəfovu heç görməmişəm. Bəlkə də görmüşəm, amma tam dəqiq bunu xatırlaya bilmirəm.

Nəcəf Nəcəfovu görməsəm də, onun yaratdığı Turan İnformasiya Agentliyindəki qürurlu, vicdanlı, ədalətli insanları görmüşəm. Məncə Nəcəf Nəcəfovun ruhu, düşüncəsi, azad fikirləri onun çox yaxın 1-2 dostunda indi də yaşayır.

***

Nəcəfov vəfat etdikdən sonra ona həsr edilən kitablardan birisində onun bioqrafiyası ilə tanış oldum. Kitabda çox maraqlı bir faktala rastlaşdım: “1962-72-ci illərdə Nərimanov rayonundakı 202 saylı orta məktəbdə oxumuşdur.” Maraqlı idi…  Mən də Nərimanov rayonundakı 202 saylı məktəb təhsil aldığım illər idi. Bunu biləndən sonra məktəbin tozlu, qaranlıq zirzəmisində yerləşən dəftərxanada bir neçə dəfə Nəcəf Nəcəfovun oxuduğu sinifin qiymət kitabçasını axtarmağa cəht etmişəm. Amma bir şey tapa bilməmişdim.

***

Bu gün müstəqil Azərbaycan jurnalistikasının yaradıcı Nəcəf Nəcəfovun ad günü olmasına baxmayaraq nə qəzetlərdə, nə televiziyada, nə də internetdə bu barədə bircə cümləyə də rast gəlmədim. Bu çox gözəl haldır… Sevinirəm ki, Nəcəf Nəcəfovun saxta, yalançı təbliğ olunmur. Nəcəf Nəcəfov heç kimin gözünə soxulmur! Onu təbliğ etmək yox, öyrənmək lazımdır! Cəmiyyətin uğuru o zaman olacaq ki, Onun kimi adamları axtarıb, tapıb öyrənəcək! Gec-tez boz cəmiyyət öz qızılını tapmaq məcburiyyətindədir. Yüksəlişimiz qürurlu insanların öyrənilməsiylə olacaq!

***

Bu mənim yolüstü yazımdır… Çox tez yazmışam!

2 Cavab to “Nəcəf Nəcəfov haqqında…”

  1. Xedice Hacili Says:

    Qəşənğ yazmısan, Turxan! Sevindim səndən belə yazı oxumağıma:)

  2. Nəcəf getdi. Hardasa yeni Nəcəf olmalıdır… « Simasız quldurlar blogu… Says:

    […] qürurlu olmaq istəyirlərsə… Azərbaycanda vicdanlı, qürurlu adamlar az olub.   Keçən il, yolüstü Nəcəf Nəcəfovla bağlı bir xırda qeyd etmişdim. Bu gün səhər bu qeydi yenidən […]

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: