Flaşmob haqqında qaralama

Şəxsən özüm Azərbaycan keçirilən bütün aksiyaları dəstəkləyirəm! Aksiyalar, etirazlar cəmiyyətin oyaq, ayıq olduğunun göstəricisidir. Flaşmob aksiyalarının keçirilməsi də maraqlı və əyləncəlidir.

Keçən həftə Bakıda flaşmob keçirilib. Ümumi olaraq mən gənclərin təşkil etdiyi flaşmobu dəstəkləyirəm. Ən azından boz və mənasız aksiyalardan fərqlənirdi. Ona görə də təşkil edilən mərasim barədə fikirlərimi yazmaq məcburiyyətindəyəm. Bütün dünyada flaşmoblar hansısa sosial, iqtisadi, siyasi əhəmiyyət kəsb edir(xırda istisnalar da mövcuddur). Amma “Flaşmob Azərbaycan”-çılar deyir ki, bizim təşkil etdiyimiz flaşmobun (aksiya yazmıram, çünki onlar üçün bu aksiya deyil) heç bir mənası yoxdur. Heç bir…

Biz əylənirik…

Ola bilər çoxları bəyənməsin. Amma bunu bilmək lazımdır ki, Azərbaycanda ilk flaşmob aksiyalarını “Dalğa” keçirdib. 2006-2008-cu illərdə “Dalğan”ın keçirdiyi flaşmob aksiyalarının sayı 50-dən çoxdur. Keçirilən hər flaşmob aksiyalarda da bir cəmiyyətə, insanlara bir mesaj olub. Bu gün isə “Flaşmob Azərbaycan” adından istifadə edib, əylənmək istəyənlər  isə “Biz əylənirik…” deyirlər. Belə bir əyləncə ofis həyatı yaşayan insanlardan başqa heç kimə lazım deyil… Ölkədə bu qədər problemlərin olduğu bir zamanda “Biz əylənirik…” demək absurddur. Ən azından flaşmob adına hörmət etmək lazım idi. Bu avaralıqdan başqa bir şey deyil.

“Flaşmob Azərbaycan” və dünya…

Azərbaycanda hər şey məhvə məhkumdur. Çünki burda yeni bir fikir düşünülüb həyata keçirilmir. “Flaşmob Azərbaycan”ın təşkil etdiyi aksiyalarda yeni bir şey yoxdur. Bütün dünya “Flaşmob Azərbaycan” keçirdiyi flaşmobları 2-3 il bundan öncə keçirib. Flaşmobda yeni nəsə olmalıdır. Amma “bizimkilər”  copy paste ilə məşğul olurlar.

Sabah nə ola bilər?

Artıq “Flaşmob Azərbaycan” ictimailəşib. TV-də, saytlarda nümayiş olunub.  Azərbaycanda yaşadığımız üçün növbəti flaşmoblara polis müdaxiləsi də gözləniləndir. Yəni pis- yaxşı özünüz də polisimizi tanıyırsınız. Onlar üçün flaşmob- mlaşmob yoxdur. Ne day boq polis müdaxilə etsin. Yoxsa o da sizinlə əylənəcək! Əgər sabah sizi polis saxlasa, sizi müdafiə etməyə, arxanızca gəlməyə bir kopoyoğlu tapılmayacaq. Çünki heç kim əyləncəni müdafiə etmək fikrində deyil.

Unutmayın, itən əşyalara görə sürücü məsuliyyət daşımır. Müdiriyyət.

***

Çox çalışmışam yazı sərt alınmasın. Yazdıqlarımla bağlı bütün müzakirələrə hazıram!

9 Cavab to “Flaşmob haqqında qaralama”

  1. SIK Says:

    Get sikdir

  2. orhan aip Says:

    Turxan, dünən də sənə gecə bulvarda dedim ki, yanaşmanla razı deyiləm. Hər kəs istədiyi kimi əylənə bilər. Məsələn, mən 1 dəfə qatıldım flashmoba və mənimçün çox axmaqcasına gəldi. Demirəm ki, flashmob axmaq iş deyil, axmaqdı. Sadəcə, mənimçün. Amma bu o demək deyil ki, iştirakçıların hamısı üçün elədi.

    Digər yandan isə, kimsəni siyasi olmağa, ictimai mövqe bildirməyə məcbur eləmək olmaz. Necə ki, planktonla akula bir deyil, insanlar da o cür bərabər deyil. Hamıdan qəhrəmanlıq gözləmək olmaz. Və, məncə, bataqlıqda əyləncə tapmaq bacarığı alqışlanmalı sindromdu🙂

  3. Turan Talibova Says:

    Bu milleti oyrede bilmedik de, AKSIYA YOX! FLASHMOB! Aksiya cox boyuk anlamdir, wikipedia adlanan maragli bir virtual ensiklopediya var, arada ona goz gezdirmek lazimdir.

    Flashmob ele ona gore flashmobdur ki onun hec bir message-i yoxdur, her kes bundan ozu message cixarmalidir. Misal ver gorek hansi flashmob hansi olkede hansi siyasi, sosial menani kesb edib, biz de bilek.

    “biz eylenirik” bashligi altinda yazdiqlarin- sen hec ozun bilirsen ne yazmisan orda?🙂 Bax senin yazdigin ABSURDDUR🙂 ( sohbet Dalganin flashmoblarinan getmir, mehz bu cumleden: “Biz əylənirik… demək absurddur. Ən azından flaşmob adına hörmət etmək lazım idi. Bu avaralıqdan başqa bir şey deyil.”)

    Microsoft da Apple-dan copy paste edib. Goy biz copy paste-le meshgul olaq sen ise innovationlar et🙂 ugurlar.

    Senin axirinci abzastinda paxilliq ozunu biruze verir🙂 Basha dushmedim, demek siz bele cigitsiniz ki, ancaq oz yan yorenizdekilerin huquqlarini goruyursunuz? Ola biler yanildim,ancaq senin mesagindan bunu basha dushe bildim. Ogul ona deyerem ki, haminin huququnu qorumaga hazir olsun, bazarda kartoshkasatandan tutmush, flashmobchular, sagchilar, solchular, ve sair ve ilaxir. Bu barede daha cox yazmag olar, amma bu geder.

  4. Elshen Says:

    Bu flashmob haqqında çox danışlacaq deyəsən. Kiminsə etdiyi qarşımaq nə qədər düzgündü bilmirəm. Mənim xəbərim olmayıb. Olsaydı mən də iştirak edərdim. Kim necə başa düşür düşsün. Gənclərin mənasız yox, həmrəylik adına birləşdiyini görmək mənə xoşdur.

  5. FLASHMOB Azerbaijan [OFFICIAL] Says:

    Her halda butun fikirler ver sherhler bizim uchun xoshdur!
    Fikir mubadilesi olmalidir!

  6. Flaşmobçular haqqında… « De:VİL Says:

    […] September 29, 2010 Azərbaycandakı flaşmobçular haqqında keçən aylarda yazı qaralamışdım. Bu gənclərin keç… […]

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: