Natiq Ədilov sərbəst buraxılıb! (Foto)

17.22: Yazdıqlarımı şübhə altına salmaq istəyənlər var.  Ona görə bir daha Natiqlə əlaqə saxladım. Ekspertizadan çıxıblar. Natiqi heç bir polis müşayət etmir. Ekspertizanın rəyinə görə, Natiqin üzündə və dişində zədələnmə var. Hal-hazırda özünü yaxşı hiss edir.

16.55: Natiq Ədilovla telefonla danışa bildim. Özünü normal hiss edir. Ekspertizaya gedir. Çox soyuqqanlıdır. Hadisəylə bağlı narahatçılıq keçirən bütün dostlardan xahiş edir ki, narahat olmasınlar! Hər şey yaxşıdır! Qəzetçi dostu QanTural və Azadlıq qəzetinin direktoru Azər Əhmədov Natiqin yanındadır.

17.02: Bu Natiq Ədilovun mobil nömrəsidir: 055 219 89 60 . Zəng edib Natiqlə danışa bilərsiniz!

***

Jurnalist Natiq Ədilovu naməlum şəxs vurmuşdur. Hal-hazırda bir nəfərlə danışdım. Dedi ki, Natiqə bircə yumruq vurublar. Ağac yarapaqlarını qorpardığına görə. Hal-hazırda jurnalist Natiq Ədilov polis bölməsindən çıxıb, ekspertizaya gedir. Dostların bir neçəsi Natiqlədir. Öyrəndim ki, Natiqi vuran şəxs ortayaşlarında olub və polis bölməsində Natiqə yalvarıb ki, bəs şəhid ailəsiyəm 9 baş adam saxlayıram, sən allah şikayət etmə… Görək indi hadisələr hara gedir.

Turan İnformasiya Agentliyi isə Natiq Ədilova xəsarət yetirən şəxsin fotosunu yayıb. Eşq olsun! Çox sevinirəm ki, “Turan” hər zaman insanların, jurnalistlərin, hüquq pozulan şəxslərin yanında olub və məhdud imkanlarla reallıqları bütün dünyaya yayıb! “Turan”-çılar qürurulu adamlardılar!

Onu da bilin ki, Natiq Ədilovun döyülməsiylə bağlı bütün xarici təşkilatlar və jurnalistlər məlumatlandırılıb.

Və yadımdan çıxmamış onu da qeyd edim ki, keçən il bu vaxtlar blogger Emin Milli və Adnan Hacızadə də saxta ittihamla həbs edilmişdir.

Davamı olacaq…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: