Çimərlik mövsümü…

Bu gün Novxanı çimərliyində idim. Hər zaman olduğu kimi Novxanı bağlarında işləyən palçıqlı, sementli fəhlələr öz üstlərinin palçığını dənizə axıdırdılar. Suda üzdüyüm zaman bir də gördüm ki, su ağarır… Əhəng, sement, palçıq dəniz suyunu bulandırır. Ayanes demişkən bunu görən kimi düşündüm ki, Milli ana təbiətin şıltaqlığıdır. Amma fəhlələri görəndən sonra hər şey gün kimi əyan oldu. Maraqlı mənzərə idi. Fəhlələr çimir, ətrafları isə əhəngli çevrə yaradır…

Çimərlikdə heç bir şey dəyişməyib. İnsanlar yenə də qarğadalını yeyib dənizdə fırladırlar. Pivəni içib, boş şüşəni sındırıb torpağın altında basdırırlar. Sezon gəlsin… Yemiş- qarpızı da yeyib, torpaqda dəfn edəcəklər. Çimərlikdə heç bir şey dəyişməyib. Valideynlər öz uşaqlarını tualetə göndərmək əvəzinə yenə də çala qazmaqla məşğul olurlar. Çaladan tualet kimi istifadə edən uşaq sabah da şəhərin küçələrini, bloklarını tualetə döndərir.

Heç nə dəyişməyib… Sərxoş kişilər yenə də suya qusurlar! “Gənclər” dənizi tualet kimi istifadə etməkləriylə fəxr edirlər.🙂 Nə edəsən? Kimə nəzarət edə bilərsən ki, sən çimən suyu mundarlamasınlar? Oğraşdır, acizik! Oğraşdır, əlimiz heç nəyə çatmır! Bir çarə qalıb: dənizə pamperslə gəlmək! Başqa yolu yoxdur!

Çimərlik keyfdir. Əsil ekzotikadır. Deyirlər kin, dənizin sahilində olan tualetlərin suları da təmizlənmədən dənizə qovuşur. Əziyyət çəkib ayaqyoluna getməyə də dəyməz. Onsuzda yeraltı sular dənizə axır.

2010-cu ildə sadə, fağır insanlar hər gün İTV-də Səməd Vurğunun 60-cı illərdə yazdığı “Azərbaycan” şerini dinləyib elə bilirlər ki, Bakı gözəlləşib, yeniləşib. Özlərini buna inandırmaq istəyirlər. İnanırlar ki, Xəzər kimi dəniz yoxdur. Amma nə qədər inanırlar inansınlar. Fakr etmir! Dəniz suyuna kəllə vurub, çıxanda başlarına pox, qarpız qabığı, qaloş girəndə hər şey aydın olur. Elə bu vaxt şair Səməd Vurğun düz vurğulayıb:

Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamısan ellər məni!

5 Cavab to “Çimərlik mövsümü…”

  1. Mecid Says:

    blin,duzelmiyecekde bu xaraba

  2. ulvism Says:

    Chox gozel! Chox!

  3. Mursal Says:

    Ay TUrxan men bilmirem senin oxucularin senin bu yazina niye bele heran olurlar. Eger butun Azerbaycan xalqi bir vaxtda denize ishese bele Xezer denizinin suyu cirklenmez. ))))) Tak cto rahat cime bilersiz

  4. Ilgar Says:

    Yaxşı yazıdır!🙂

    Sosium müsabiqəsinə təqdim etsən, maraqlı olar🙂
    http://sosium.com/musabiqe/musabiqe

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: