Aksiyadan sonra…

Bu gün keçirilən aksiya barədə fotoları və videoları izlədim. Üsuli idarəetmə yenə də öz ibtidailiyini göstərdi, aksiyanı ibtidai insanlar kimi dağıtdı. Deyəsən ibtidailər mağaranın önündə olan təhlükəni hiss ediblər. Ona görə boğuşa- boğuşa aksiyanın qarşısını kor-təbii, necə gəldi aldılar! Əsas odur ki, heç kimin cınqırı da çıxmasın!

Əgər bir aksiyada vətəndaşın ağzı, gözü zorla qapadılırsa, vətəndaşı maşına basmaq üçün 4-5 nəfər zorla tutub aparırsa bunun yalnız bircə adı var: İBTİDAİLİK! Hər zaman olduğu kimi “Ə”, “voyəə”, “vııyyəəə” səsləri çıxara- çıxara insanları maşına basdılar! Səhərdən bu barədə düşünürəm. İbtidailik barədə! İbtidai hərəkətlər barədə!

Gör üsuli idarəetmə nə gündədir ki, insanların azad fikir bildirmək, azad seçmək, azad yaşamaq, düşünmək fikrindən qorxur! Bu qədər də ibtidailik olar?

Bir Cavab to “Aksiyadan sonra…”

  1. Aynur Says:

    Ahaa sənin bu fikrindən sonra belə qərara gəldim ki, Qobustan gəzintisi boş bir şey deyilmiş. Şüur altı təyiq edilərək növbəti aksiyalara gələndə özləri kimi ə, voyyə, vıyyə qışqırılsın. Çox əndrabazi üsuli idarəetmədir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: