Uşaqlar necə əlil olurlar?

Bir neçə il bundan öncə Bakıda qəribə ağ vərəqələr dolaşırdı. Bu yaxınlarda yenə də eşitdim ki, bu vərəqələr çoxalıb. Ona görə bu barədə yazı yazmaq qərarındayam. Vərəqələr nə vərəqədir? Bakıda yaşayırsınızsa çox güman siz də bu vərəqələrlə rastlaşmısınız. Küçələrdə naməlum insanlar tərəfindən yayılan vərəqələrdə İslam dininin təməllərini möhkəmləndirmək nəzərdə tutulurdu. Vərəqələrdə qısa və qorxulu şəkildə Dinin əhəmiyyəti anladılırdı. Vərəqələrdə əsas məqsəd başı işləməyən adamları heç olmasa qorxu hesabına dinə gətirmək idi.

İllər öncə vərəqədən oxuduğum qismən yadımdadır: “Bu məktub Ərəbistandan gəlib. Bu məktubu yazan şəxs (güya) yatıb yuxsunda İslam peyğəmbərini görüb. O da həmin şəxsə deyib ki, Müsəlmanlara məktub yaz, onları düz yola dəvət et. Və əlavə edib ki, bu məktubun üzünü köçürüb 10 fərqli adama versinlər və əmin olsunlar ki, həmin 10 adam da məktubu 10 başqa adama verəcək! “

Məktubda əsas kombinasyon bu idi. Bundan da əlavə qeyd edilirdi: “Nə badə bu vərəqəni cırıb, məhv edəsiniz… Filankəsov Filankəs bu vərəqələri cırıb. 3 gündən sonra isə naməlum şəkildə ölüb! Əgər bu məktubu oxuyub 10 nəfərə paylamasan sən də öləcəksən. İLAHİ AMİN!

***

Mən də evimizin blokundan belə bir vərəq tapıb oxuduğum orta məktəbə aparmışdım. 20 NÜSXƏ çap edib, məktəbdə yaymışdım. Çox qəribə olsa da birini BİOLOGİYA müəlliməmiz götürmüşdü. Hər kəs oxuyub qorxuya düşürdü və xeyli vərəqədən çap edib yaymışdılar bir neçə saat içində.

Məktəbimizdə demək olar ki, bütün müəllimlər SAVAB qazanmaq üçün uşaqlara vərəqələri çap etdirməyi tapşırdılar. Bu onlar üçün yeni əyləncə idi. Amma bircə idman müəllimimiz Salman müəllimdən başqa. Vərəqələrdən xəbər tutan idman müəllimimiz əlinə keçən vərəqəni oxuyub içərisində yazılanlarla tanış olandan sonra bütün oğlanları məktəbin həyətinə yığdı. Din, İnam barədə bir az danışdı. Sonra gözlənilməyən bir hadisə baş verdi… Salman müəllim vərəqələri bizdən toplayıb elə bizim yanımızda heç kimin görmədiyi küncə tulladı. Sonra daha bir gözlənilməyən hadisə baş verdi… Salman müəllim vərəqələrin üstünə işədi. Uşaqlardan çoxu qorxusundan ağlayırdı. Vərəqələr mundarlanandan sonra müəllim dedi ki, belə yolla DİNə, ibadətə gəlmək olmaz.

Məktubda yazılana inansaydıq, müəllimimiz  3 gün müddətində “na smert” olmalıydı. Amma olmadı… Sonra müəllim bizə səmimi möminlik, inam, vicdan barədə danışdı…

… Çox maraqlıydı, təkamüldən, əmöbdən, danışam müəllimiz vərəqədə yazılana inanmışdı. Amma idman müəllimi inanmamışdı… Atalar yaxşı deyib: “Sən saydığıvı say, mən tualetə gedib gəlirəm!”

Advertisements

Bir Cavab to “Uşaqlar necə əlil olurlar?”

  1. Aynur Says:

    ))) Bu günlərdə facebookda belə bir elan gəlir inboxa ki, facebook idarəçiləri get-gedə artmaqda olan facebook istifadəçilərinin çoxluğundan yüklənən fb-ni yüngülləşdirmək məqsədilə ən aktiv istifadəçini təyin etmək niyyətinə düşüblər və belə qərara gəliblər ki, sən onların elanlarını 15 nəfərə yollamalısan. Əksa halda profilin bağlanacaq. Cümlə nə acı bağırsaq kimi uzandı…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: