Söz başa düşməyənlər üçün

Adam var ki, heç bir şey başa düşmür. Oturub başa salırsan amma çi fayda? Başa düşmür… İstəyirsən danışa- danışa başına qapaz vur! Yenə də girmir… Anlamır… İstəyirsən qıçından tut yerdə sürü, ağzındakı dişi asfalta sürt… Faydası yoxdur başa düşməyəcək.  Dizini çəkiçnən əzməyin də xeyiri yoxdur… Lap Fərhadın istifadə etdiyi “QIF” priyomundan da istifadə etsən fərq etməz.  Yenə də başa düşməyəcək.

Belə adamlar Azərbaycanda doludur. Hələ təkcə “100 Vaqon” (azəri ölçü vahidi ) belə adam mən tanıyıram. Qıraqda, bucaqda olanları da toplasan bir divizya alınar. Sözüm bunda deyil.

Əsas bu adamların çoxluğu deyil. Əsas bu adamlara nə isə başa salmaqdır. Əgər bir şey başa sala bilmirsənsə, çarə yoxdursa yeni üsullardan istifadə edəcəksən! Yeni taktiklər var. Danışırsan, gördün ki, qarşındakı özünü ÇAYNİK yerinə qoyub, bir şey anlamaq istəmir? O zaman sən də başlamalısan onu dolamağa. Siyasətdən danışıb, dinə keçməlisən, dindən kinoya, ordan fəlsəfəyə, ordan avtobusa, ordan da futbola keçirməlisən mövzunu. Afrikadan danışıb, Nardarana keçməlisən, Nardarandan Amsterdama… Yəni bir- birinə zidd şeylər danışacaqsan və qabağındakı hirsləndirib PİSİYDİRƏCƏKSƏN (qədim sözdür… Allah keç kimi pisikdirməsin!)

Yəqin siz “100 Vaqon”dakılardan deyilsiniz. Yazıqlarımı başa düşdünüz! Əsas taktiki anladınızsa nə MUTLU mənə. Sizi də QUTLU edirəm!

Bir Cavab to “Söz başa düşməyənlər üçün”

  1. hikmet_ac Says:

    yaxshi yazidi. esas odu ki, qisadi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: