Evə necə gəldim?

20 qəpiklə kontur pozmaq adama kasıbçılıq gətirir… (Xalq deyimi)

***

Dünən xeyli gəzdik… Yorulduq… Cibimizdə olan pula soyuq çay alıb içdik… Bütüm ümidimiz Cavid Ramazanov idi. Orxan Eyplə düşünürdük ki, Cavid bizimlə görüşəcək və bizim də parasız saatlar intizarımız sona çatacaq. QAŞOK parkında (Quqla teatrı ilə üzbəüz) xeyli gözlədikdən sonra Cavid peyda oldu və QAŞOKdan çıxıb, Milli Bulvara yol tutduq. Yolda Cavid ağadan öyrəndik ki, parası yox imiş. Sonra Cavidə zəng gəldi, o da getdi.

Orxanla xeyli Milli Bulvarda gəzdik. Sonra kanalzasiyanın dənizə qovuşmasına baxa- baxa milli demokratik düşərgədən danışdıq. Söhbət zamanı ciblərimi yoxladım, 10 qəpik pulum var idi… Evə getmək üçün 10 qəpiyim çatmırdı. Orxanda isə 20 qəpik var imiş. Məndə pul olmasa da telefonumda kontur bol idi. Xeyli adama zəng elədik.  Amma fayda olmadı…

10 qəpiyin üstünə qoymağa 10 qəpik tapmadıq… Dəhşət…

… Orxanı Üzeyir Hacıbəyovun heykəlinin yanından yola salandan sonra, o birsi heykəlin qabağından keçib, piyada Zavaqzalniyə -evə- gedəsi oldum!

***

Dostlar bilir ki, dünyada ən iyrəndiyim, ən əzab çəkdiyim şey 28-dən evə piyada getməkdir… Ancaq bu yolda qusan, divara “pişş” edən, zarıyan, gözü çıxan, qulağı kəsik adam görə bilərsən. Özü də eyni anda… Çox oğraş yoldur… 10 qəpiyin üstünə qoymağa 10 qəpik tapmadıq deyə, bu küçə ilə evə getmək məcburiyyətində qaldım. Nə etmək olardı? Heş zad. Allah haqqı… Çarə yox idi…

FİALETOVa çatanda dayanacaqda bir rus bomju gördüm… Tüklü, saqqalı adam idi. Tez-tez şəhərin mərkəzi küçələrində olur. Qırığ erməni radiosu kimi öz- özünə danışırdı. Danışıb, danışıb birdən qayıdıb nə desə yaxşıdır: “Когда показывают пальцем в небо, дурак смотрит на палец”

Əjdaha söhbət idi… Namuslu söhbət idi… Əgər bu fikri müxalifət YAP barədə desəydi çoxda 99.9% səs toplamışdı… Bu sözü demək divin “bankə”də olan ürəyini yerə çırmağa bərabər idi… Əmma və lakin…

***

Evə çatanda çox sevinirdim… Bomjun “sööbeti” ləzzət etmişdi… Vor dünyasında belə söhbətləri ən azı 60-70 avtoritet LİKE edir…

***

10 qəpiyin olmaması məni daha yandırmırdı! Evə çatıb, 6-7 saluto vurandan sonra yatmağa getdim: “Tom, ışığı söndür…”

Advertisements

5 Cavab to “Evə necə gəldim?”

  1. orhan aip Says:

    avara… sənsiz darıxacam

  2. Yegane Says:

    semimi yazidi turxan.

  3. ayukutopik Says:

    Evdən tez-tez 10 qəpiklə çıxmaqda fayda var, yeni blog postu qazanırsan))

  4. Orxan Says:

    olan şeydi 🙂
    adam həmin vaxt həyata nifrət hissi ilə baxır

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: