Archive for İ

Emin Milli və YOL

İyun 30, 2010

Emin Millinin həbsdən çıxıb, kəndlərinə getməkləri mənə Yilmaz Güneyin məhşur YOL filmini xatırlatdı. Kann mükafatını alan “YOL”da 5 məhbus Türkiyədəki 12 sentyabr çevrilişindən sonra icazəylə həbsxanadan çıxıb evlərinə (hərə öz köyünə) gedirlər. Filmdəki hadisələr də elə yolda cərayan edir. Həbsdən çıxanlar çöldə də həbsxana olduğunun şahidi olurlar.

“Çirkin kral” adıyla tanınan Yilmaz Güney 47 il ömür yaşayıb. Siyasi baxışlarına görə 12 il həbsdə olub. Müxtəlif, qondarma və yalançı  ittihamlarla 100 illik həbs cəzası alıb. YOL filminin ssenarisini də elə həbsdə yazıb. Filmin çəkilişlərinə də həbsdənrəhbərlik edib.

Yılmaz Güney “Divar” filminin çəkilişləri zamanı çəkiliş kollektivini yığaraq onların qarşısında maraqlı çıxış edir.  Gördüyü işləri, fikirlərini onlara bir daha aydın olsun deyə açıqlayır: “Gördüyüm işlərə görə bir gün tarix məndən hesab soracaq. Sizlərdən tarix hesab sora bilməz. Çünki siz çoxsunuz… Sizi bir- bir tapıb hesab sormazlar. Ancaq məndən mütləq gördüyüm işlərin hesabları sorulacaq.

Və… Hələ də Azərbaycanda insanlar saxta, qondarma ittihamlarla həbs edilir. Siyasi baxışlarına görə təqib edilir. Hələlik baş verənlərə görə heç kim cavab vermir. Amma vaxt gələcək ki, insanları xuliqan adıyla həbs etdirənlər, həbs edənlər cavab verəcəklər. Gec- tez bu baş verməlidir. Başqa çıxış yolu yoxdur! Suallar varsa cavabları da olmalıdır!

Və… Emin Milli 3 günlük azadlıqdadır. Tamaşa hələ də davam edir… Saxta ittihamla adam həbs edirlər, sonra onu 3 günlük azadlığa buraxırlar. 3 gündən sonra Emin bizim yanımızdakı həbsxanadan içəridəki həbsxanaya gedəcək! Azadlıqda görüşmək arzusuyla…

Nəcəf Nəcəfov haqqında…

İyun 24, 2010

Bu gün çoxları Elçibəyin doğum gününü qeyd edib. Unutmamaq lazımdır ki, bu gün həm də qürurlu insan, vicdanlı jurnalist Nəcəf Nəcəfovun doğum günüdür! Uşaqlıqdan Azadlıq qəzetinin redaksiyasına tez-tez getməyimə baxmayaraq mən Nəcəf Nəcəfovu heç görməmişəm. Bəlkə də görmüşəm, amma tam dəqiq bunu xatırlaya bilmirəm.

Nəcəf Nəcəfovu görməsəm də, onun yaratdığı Turan İnformasiya Agentliyindəki qürurlu, vicdanlı, ədalətli insanları görmüşəm. Məncə Nəcəf Nəcəfovun ruhu, düşüncəsi, azad fikirləri onun çox yaxın 1-2 dostunda indi də yaşayır.

***

Nəcəfov vəfat etdikdən sonra ona həsr edilən kitablardan birisində onun bioqrafiyası ilə tanış oldum. Kitabda çox maraqlı bir faktala rastlaşdım: “1962-72-ci illərdə Nərimanov rayonundakı 202 saylı orta məktəbdə oxumuşdur.” Maraqlı idi…  Mən də Nərimanov rayonundakı 202 saylı məktəb təhsil aldığım illər idi. Bunu biləndən sonra məktəbin tozlu, qaranlıq zirzəmisində yerləşən dəftərxanada bir neçə dəfə Nəcəf Nəcəfovun oxuduğu sinifin qiymət kitabçasını axtarmağa cəht etmişəm. Amma bir şey tapa bilməmişdim.

***

Bu gün müstəqil Azərbaycan jurnalistikasının yaradıcı Nəcəf Nəcəfovun ad günü olmasına baxmayaraq nə qəzetlərdə, nə televiziyada, nə də internetdə bu barədə bircə cümləyə də rast gəlmədim. Bu çox gözəl haldır… Sevinirəm ki, Nəcəf Nəcəfovun saxta, yalançı təbliğ olunmur. Nəcəf Nəcəfov heç kimin gözünə soxulmur! Onu təbliğ etmək yox, öyrənmək lazımdır! Cəmiyyətin uğuru o zaman olacaq ki, Onun kimi adamları axtarıb, tapıb öyrənəcək! Gec-tez boz cəmiyyət öz qızılını tapmaq məcburiyyətindədir. Yüksəlişimiz qürurlu insanların öyrənilməsiylə olacaq!

***

Bu mənim yolüstü yazımdır… Çox tez yazmışam!

Araşdırma…

İyun 23, 2010

Zığ qəsəbəsində alman arxeoloqlarının axtarışları zamanı qədim, yaşı 5 min ildən çox olan Fanta butulkası tapılmışdır. Artıq araşdırılması üçün Milli Ölülər Akademiyasının (MÖA) əməkdaşları Fanta butulkasını aktlaşdıraraq, götürmüşdülər.

Mənim mıxlamaq istəyim! (Fotolar)

İyun 23, 2010

Dünən analoqu olmayan milli Bulvarda maraqlı bir şey gördüm. Yaxşı ki, fotoaparat üstümdə idi. Ona görə də vəziyyəti olduğu kimi çəkə bildim. Kənd istehsalı olan, sürülməmiş bircə qız və bir oğlan kanalizasiya, neft tullantıları olan dəniz suyunun içinə girib gəzişirdilər. Gədə qızın əlindən tutmuşdu. Qızın ağzındakı qızıl dişlərin parıltısı uzaqdan adamın gözünü deşirdi. Onlara baxan kimi, hardan gəldikləri o saat bəlli olurdu. Yalnız kənddən gələn sadə insanlar Bulvardakı suyun poxluluq miqdarını təyin etməyə çətinlik çəkirlər, ağılları dağ çayına zada gedir. Eşşəyi Bulvar sahilindəki suya salmaq olmaz, amma adamlar öz ayaqlarıyla suyun içinə girirlər. Tərəfimizdən çəkilən görüntülərdən də məlum olur ki (AzTV),  qız şəp-şəplərini əlinə götürüb. Qızın yanındakı gədə isə heçnə olmamış kimi dəniz suyu içərisində ayaqqabıyla  gəzir.

Təəssüflənirəm ki, üstümdə mıx yox idi. Yoxsa onları tutub mıxlıyardım! Əmrahın, Küçük İbonun filmlərinə baxmağın axırı belə olur. “Bu aşk böyle bitemez. Burakma, terk etme beni…”

Dəyişməyən insanlar barədə…

İyun 22, 2010

Saraxanım Maştağa: “Tanımadığım oğlanları Facebook’da accept etmirəm”

İllər keçir, dəyişir! Amma hələ də dəyişilməz insanlar, başlar var. O gün Ayanesdə göstərir ki, iki gədə bir- biriylə boğuşub. Sonra bir gədə, o birsi gədəni bıçaqlayıb, o birsi dünyaya göndərib. Hadisəyə səbəb, avtobusda bir gədənin, o birsi gədənin ayaqqabısını tapdalaması olub.

Yaxşı işdir. Qoy qırsınlar bir- birini. Yoxsa küçədə bıçağı, “atfyorka”nı zadı bizə soxarlar. Yortmağa nə var ey? 6-7 santimetr dəmirdir, adamın bədəninə dürtüb kitabını bağlayarlar.

İnsanlar dəyişmir. Yenə də bir- birlərini pul  üstə şoşkalayıb, ayağına daş bağlayıb dənizə atırlar. Yenə də falçı yanına gedirlər. Yenə də rüşvət verirlər. Yenə də bürclərə inanırlar. İllər keçir, valyutalar dəyişir. Amma yaltaqlığın qiyməti 1 qəpik olaraq qalır.

Dünya dəyişir. Maştağadan olan dostum Saraxanıma da deyir ki , tanımadığım oğlanları Facebook’da accept etmirəm. Onun üçün bu tərbiyəsizlikdir. Amma hacım, sən bu poxdan, Facebook’dan istifadə edirsən axı. Bunun adı sosial şəbəkədir. Bu oğraşın, kafirin malı ona görə yaradılıb ki, insanlar bir- biriylə ünsiyyət qursunlar, danışsınlar, dost olsunlar. Əgər bunu başa düşmürsənsə birbaş mağaraya qayıtmaq məcburiyyətindəsən. Çarə yoxdur! Ağasəlim Çildağa görə də, yaxşı qız Facebook’a girə bilməz. Ağasəlimin də yeri mağaradır!

Saraxanım! İndi özün seç! Ya Ağasəlimi götürüb gedirsən mağaraya, ya da bütün hoqqabazlığı bir yana buraxıb, normal insana dönürsən!

Həbsdəki dostların vəziyyəti necədir?

İyun 22, 2010

Hələ də aksiyada saxlanılan dostların heç biriylə görüşə icazə verilməyib. Bir çoxumuz həbsdə saxlanılan dostlarımızla görüşə cəht etmişik. Amma cəhtlərimiz nəticəsiz qalıb. Bildiyim qədəriylə yalnız Elçin Behbudov uşaqlarla görüşə bilib və onlar üçün hazırlanan dadlıq, ləzzətli yeməkləri uşaqlara çatdırıb.

Sabah mən görüşə cəhd edəcəm. Görüşə icazə verilməsə də uşaqların saxlanıldığı təcridxananın fotolarını çəkib bloga yazacam. Çalışacam ki, Rəşadətə çox sevdiyi şair Aqşin Yeniseyin kitabını çatdırım. Rövşən Nəsirlini də görmək əla olardı.

Görək nə olur, hacım… Bu gün yoldaşlardan birisi Rəşadət Axundovla görüşə bilib. Rəşadət bütün onu tanıyanlara salam göndərib. Özünü yaxşı hiss etdiyini bildirib!

Bu gün bir qəhbə balası mənə yazır ki, həbs edilən gəncləri müdafiə etməyə dəyməz. Çünki onlar aksiya keçirdib, qanunu pozublar. Qəhbənin balası bilmir ki, vətəndaşların sərbəst aksiya keçirmək, fikirini, sözünü ifadə etmək azadlığı var və bunun qarşısını almaq olmaz. Özünü ifadə etmək, anlatmaq hər bir insanın haqqıdır. Özünü ifadə etmək insanın hava alması kimi bir şeydir…  Debillər belə şeyi başa düşməz…  Debillərin gözünə “super kley” tökmək lazımdır. İncəsənət Universitetini bitirib, göz həkimi işləyən “həkim” kimi.

Vuvuzelanı yaradan oğraş tapıldı… (Fotolar)

İyun 21, 2010

Bütün vuvuzelalar aftafa materialından hazırlanır!

Bir neçə il öncə İngiltərə yığması Azərbaycan millisiylə Bakıda oyun keçirəndə (oyundan inglislər 2 -0 hesabıyla qalib gəlmişdilər) mən də 1-2 saat vuvuzela çalmışam. O zaman heç bilmirdim ki, vuvuzela nədir? Aftafa plastmasına oxşayan musiqi alətini (?)  o zaman hər kəs şeypur adlandırırdı.

Yadıma gəlir oyun zamanı o qədər vuvuzela çaldım ki,  evə qayıdanda dilim- dodağım şişmişdi. 3-4 gün oğraş vuvuzelanın səsi başımdan çıxmadı. Ağzım söz tutmurdu. Vuvuzela üfürməkdən qulaqlarımın dibi şişmişdi.

İllər, aylar fırlandı. 2010-cu ildə oğraş vuvuzela gəldi yenidən qabağımıza çıxdı. Vuvuzelanın səsinə görə futbola da baxa bilmirəm. Bu nə bəladır düşümüşük allah?

Associated Press agentliyi isə vuvuzelanı yaradan şəxsi tapıb. Bütün dünyanı mənasız vuvuzelası ilə bezdirən, öz vuvuzelasına sarıyan şəxs 37 yaşlı Neil van Schalkwyk’dır. Onun adı da vuvuzelanın səsi kimi mənasız səslənir. Plastmas fabrikində işləyən Schalkwyk deyir ki,  vuvuzelanı yaradarkən bir neçə gün yuxusuz qalıb: “İnsanları da yuxusuz qoyduğum üçün hər kəsdən üzr istəyirəm”

Vuvuzelanı yaradanın “morda”sına özünüz baxın. Adamın imkanı olar, bir vuvuzelanı verəsən ağzına, birini də alıb  soxasan… 🙂 İndiz siz deyin… Onu bağışlamaq olarmı?


Protest action in Azerbaijan (Photos)

İyun 20, 2010
On Saturday police again dispersed the rally by Azadlig Bloc which was going to demand freedom of assembly and providing democratic preliminary elections on November 7. The rally was to take place in front of the Mayor Office, because the Executive Power refused to authorize the rally in one of six squares and parks proposed by the Azadlig Bloc, and recommended to hold a rally in Baku suburb. An hour before the rally the police took under its control the square in front of Icheri Sheher metro, but the opposition members changed the tactic and at 15.00 p.m. They appeared in Sabir Park, in 200 meters from the Mayor Office.
The rally participants cried out “Freedom!”, “Resign!”. Police dispersed them, and detained approximately 70-80 people. Half an hour later another group of opposition members was detained. A small group of opposition members gathered in front of the old department store behind “Azerbaijan” cinema with slogans “Ilham resigns! ”. The police tried to detain them, but could not.
Azadlig Bloc unites PPFA, Liberal party and Civil Solidarity party.
***
Some of my photos from protest action:


Qürurlu dostlar haqqında…

İyun 19, 2010

Hər zaman qürurlu insanlardan danışmışam və onlarla qürur duyduğumu bildirmişəm! Elə gün olmur ki, mən tanıdığım və sevdiyim Nəcəf Nəcəfov, Rövşən Cavadov, Elmar Hüseynov, İbrahim Bayandurlu, Qənimət Zahid barədə düşünməyim. Bu gün də onlar barədə düşünmüşəm! Mənim üçün bu adamlar hər şeydirlər. Əgər fikir vermisinizsə adını yazdıqlarım hər bir kəsin ayrı- ayrılıqda öz xarizması, siması, qüruru, şəxsiyyəti var!

Bu gün mən şəxsiyyəti, vicdanı, qüruruyla fəxr ediləsini daha iki insan da tanıdım: Rəşadət Axundov və Rövşən Nəsirli.  Çox səmimi deyirəm, bu gün Rəşadət Axundov və Rövşən Nəsirli öz vicdanlarının nə qədər təmiz olduqlarını bir daha sübut etdilər. İmam Hüseyn də dəstəsiylə az idi . Amma heç kimə baş əymədi, sınmadı!  Onun içindəki qürur, səmimiyyət, sadiqlik bu işi ona görməyə mane oldu.

… Süleyman Dəmirəl müsahibələrinin birində demişdir ki, dövlət itən, oğurlanan toyuğa da cavabdehdir. Amma Azərbaycanda insanlar həbs edilir, döyülür, işgəncələrə məruz qalır. Amma İlham Əliyev isə heçnə olmamış kimi sakit durur!

… Çox sevinirəm ki, bugün və sabah bizim danışılacaq, seviləcək qürurlu dostlarımız var! Biz azıq, amma varıq!

Goodbye Zəlimxan!

İyun 19, 2010

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclis sədri Zəlimxan Məmmədli partiyada tutduğu vəzifədən istefa verib. Bu barədə “Bizim Yol” qəzeti yazıb (http://bizimyol.az/?mod=news&act=view&nid=38608)

Hər şey yaxşılığa doğru gedir. Yavaş- yavaş ictimai qınaq, yazarların, ictimai fəalların tənqidləri öz hədəfinə çatır. Bilməyənlər üçün yazım ki, Zəlimxan Məmmdəli (güya) müxalifətçi idi. Müxalifətçi ola- ola da Tbilisdə Heydər Əliyevin  heykəli önünə əklil qoymuşdu. Bu da azmış kimi, müxalifətçi kimi heykəlin önündən bir addım arxaya atıb, pencəyinin düyməsini bağlayandan sonra heykəl qarşısında baş əymişdir. Həqiqətən də bu çox iyrənc iş idi. Özünə, düşüncəsinə, siyasi partiyasına hörmət qoyan adam belə addım ata bilməzdi.

Amma Zəlimxan  Məmmədli baş əydi! İctimai qınaq yarandı! Yazarlar, siyasətçilər bu məsələyə diqqətlə yanaşdılar, Zəlimxanın baş əyməsindən yazdılar, danışdılar. Zəlimxan da özündə təpər tapıb, istefa verdi.  İstefa vermək yaxşı şeydir… Ən azından Zəlimxan Məmmədli özündə bu gücü tapdı. Birdə baş əyməmək ümidiylə… Goodbye Zəlimxan!

Azərbaycanca danışan ayı (Foto)

İyun 18, 2010

Azərbaycanda hər nə desək mümkündür. Artıq ayılar da azərbaycanca danışır. Ayıların azərbaycanca danışmağı bir tərəfə, ayılar Ekologiya Nazirliyinə məktub, SMS-də yazırlar.  Boş olan kimi də girib həmən göndərdikləri məktubları oxuyurlar, öz fotolarına baxırlar. İnanmırsız? O zaman ayının azərbaycan dilində Ekologiya Nazirliyinə yazıdığı məktubdan bir parçanı olduğu kimi oxuyaq: “Mən hələ balaca ikən bir brakonyer mənim anamı öldürüb, məni də Quba-Xınalıq yolunun kənarındakı kafe sahibinə 50 manata satdı. O kafedə məni dar qəfəsdə tör-töküntü ilə böyütdülər. Mənim 1 yaşım olmamış qəfəsim yerləşən kafenin yanından bir dəstə qalstuklu adam dağlara doğru gedirdi.

Bunlar ayının fikirləridir… Maraqlıdır…

Azərbaycanda tülkülər, itlər, fillər zatən danışırdı… İndi də ayılar danışır, Çiko semiçkaları çırtlayır, Xırdalan pirvəsi içir…  Lap keyfdir. Ayının tam fikirlərini oxumaq istəyirsinizsə: http://eco.gov.az/news.php?id=4212 (Çox gözəl haldır ki, məktubda ayı götünə barmaq edilməkdən danışmır.)

Ayının bu fikirlərinə Ekologiya Nazirliyinə istinad etməklə bir neçə qəzet yer ayırmışdı. Ayının yazdığı məktuba yer ayıran mətbu orqanlar isə Ekologiya Nazirliyinin xoşuna gəlməyib. Ekologiya Nazirliyi ayının azərbaycanca danışmasına öz münasibətini belə bildirir:  http://eco.gov.az/news.php?id=4221

Ən gözəl qadınlar…

İyun 18, 2010

İnternetdə axtarışlar zamanı Efiyopiyada yaşayan qədim tayfalardan birisinə rast gəldim. Mursi adlı qədim tayfada yaşayan qadınlar alt dodaqlarına gildən hazırlanmış halqalar taxmaqla məhşurdurlar. Onlar düşünürlər ki, bu gözəllik əlamətidir.  Efiyopiyada yaşayan Mursi qadınlarından fərqli olaraq Konqoda yaşayan başqa bir tayfa isə üst dodaqlarına halqalar taxırlar.  Maraqlı dəyərləri, mentalitetləri var…  www.mursi.org saytında onlar barədə ətraflı bilgi ala bilərsiniz. Bu yerdə şair yaxşı deyib:  Yeddi oğul istərəm, bircə dənə qız gəlin!

Google Azərbaycanda ən çox “Seks” axtarılır… (Fotolar)

İyun 17, 2010

Google’də nə isə axtarırdım. Sözün baş hərfini yazdığım zaman Google sistemi özü axtarmaq üçün məhşur sözlər təklif edir. Yəqin çoxları bu məhşur sözləri hər gün Google Axtarış’da görürlər. Görməyənlər üçünsə həqiqəti, faktı göstərmək lazımdır.  Hər zaman deyiblər ki, bizim toplum mədəni, tərbiyəli toplumdur. Unitazından, kompyuterindən, telefonundan, maşınından istifadə etdiyimiz Qərb hər zaman bizə tərbiyəsiz, əxlaqsız kimi təqdim olunub. Mən heç zaman bununla razılaşmamışam. Problem insanda ola bilər. Məncə qərb insanında olan problemi qərb dəyərinin üstünə yıxmaq olmaz! Tərbiyəsizlik, əxlaqsızlıq hər yerdə olub.

Mən nə fəlsəfəçiyəm (filosof yazmaq günahdır!), nə də sosioloq. Nə də psixoloq…

Googledən danışırdıq axı… Azərbaycanda Google’də ən çox axtarılan sözlər. Diqqət edək. Görün Azərbaycanda ən çox axtarılan sözlər hansılardır.

Fotoların üstünə sıxmaqla böyüdə bilərsiniz

Axtarışda “A” hərfi üçün çıxan “ən çox axtarılan” sözlər:

Axtarışda “S” hərfi üçün çıxan “ən çox axtarılan” sözlər:

Axtarışda “Q” hərfi üçün çıxan “ən çox axtarılan” sözlər:

Axtarışda “E” hərfi üçün çıxan “ən çox axtarılan” sözlər:

Axtarışda “R” hərfi üçün çıxan “ən çox axtarılan” sözlər:

Axtarışda “T” hərfi üçün çıxan “ən çox axtarılan” sözlər:

Axtarışda “U” hərfi üçün çıxan “ən çox axtarılan” sözlər:

Axtarışda “P” hərfi üçün çıxan “ən çox axtarılan” sözlər:

Axtarışda “X” hərfi üçün çıxan “ən çox axtarılan” sözlər:

Axtarışda “C” hərfi üçün çıxan “ən çox axtarılan” sözlər:

Axtarışda “Ç” hərfi üçün çıxan “ən çox axtarılan” sözlər:

Yəqin bu xırda araşdırma gələcəkdə kimlərsə tərəfindən daha ciddi araşdırılıacaq, axtarılacaq, öyrəniləcək. Problemləri ört-basdır etməklə iş bitmir. Cəmiyyətimizdəki seksual araşdırmaya yardım etdiyin üçün çox sağ ol, GOOGLE!

Şərhlərinizi də bildirin. MOVQOY!

DÇ-2010: Fotolar

İyun 17, 2010

Natikcan haqqında…

İyun 17, 2010

Qürurlu jurnalist Natikcan Ədilovun döyülməsiylə bağlı  “Kavkaz-Uzel” məqalə yazıb.  Məqaləylə burdan tanış ola bilərsiniz: http://azerbaijan.kavkaz-uzel.ru/articles/170262/

“Kavkaz-Uzel” öz məqaləsindən mənim çəkdiyim fotodan istifadə edib. Nə kutlu… Nə mutlu… Natikcana şəkk gətirməyin, ağzınız əyilər! Sevil Nuriyeva demişkən: “Fəthin mübarək, Azərbaycan…


%d bloqqer bunu bəyənir: