Ə, Son zəng…

Son zəngi qadağan etmək, mentalitetə, əxlaqa ziddir…

Keçən ilki “Son zəng”lə bağlı bir yazı yazmışdım. Bu il də vəziyyətin eyni olduğunu nəzərə alıb, yazını xırda redaktələrlə bloga yerləşdirirəm:
31.05.2009
Təzə qanun çıxardıblar. Məktəblilər üçün son zəng olmayacaq. Bu xəbərdən çox məktəblilərin dili qatlanıb, çoxları “Semaşko”luq olub. Panos olanlar da az deyil… Misir də jurnalistlər üçün keçirdiyi mətbuat konfransında da bu barədə konkret danışıb: “Ümumtəhsil məktəblərinin 11-ci sinfi bitirən şagirdlərini son zəng günü – mayın 30-da ictimai toplantılar və gəzintilər təşkil etməməsini tövsiyə edirəm. Şagirdlər həmin gün məktəblərdə toplantı keçirməklə kifayətlənməlidir. Son zəng keçirilməsi ilə bağlı müddəa hər hansı hüquqi sənəddə əksini tapmayıb.”
Bu xəbəri eşidib,  “Semaşko”luq olan dostlarımdan biri deyir ki, belə şey olmaz. 11 il məktəbə ayaq döy, 11 il 11 ton kitab oxu, 11 il qurdlu məktəb peraşkisi ye, 11 il müəllimlə siçan-pişik oyna  sonra da eşit ki, 11 ilə nöqtə qoymağa icazə verilmir. Bəs 11 il niyə oxuyurduq? 11 il – 11 ayyaqqabı, 11 kostyum deməkdir ey, zarafat deyil. Əgər belədirsə, Əlifba bayramı da olmasın da. Xeyir ola, Rəqsanənin Bulvarda kütləvi konsert keçirməsinə icazə verilir, bizə yox? Bir Rəqsanə qədər də olmadıq? Özü də Rəqsanə 8 il məktədə oxuyub, sonra onu qovublar.
Məktəbli dostuma eşq olsun. Mən onun bütün fikirlərinin sərhədini dəstəkləyirəm. Onun belə dünyagörüşlü olması və narazı halda danışmasına görə məktəbdə yediyi bütün qurdlu “peraşki” ləri halal edirəm.
Məktəblinin Son Zəng günü Bulvarı ziyarət etməsi çox əhəmiyyətli bir şeydir. Xahiş edirəm, barmaqlarınızı gözlərinizin üstünə qoyub, bu məsələyə barmaq arası baxmayın! Məhz bu günü bütün məktəblilər Bulvara ziyarətgah kimi baxırlar. Nəzərinizə çatdırım ki, məktəblilərin həyatın qoynuna atıldığı yol, Bulvardan keçir. Həqiqətən də bu gün çox əhəmiyyətli və vacib bir gündür. Toy axşamı kimi, inoquryasa kimi vacib bir gün! Son Zəngin Bulvarda keçirilməməsi məktəblilərə psixoloji təsir edəcək, bunun problemləri gələcəkdə cəmiyyəti sarsıdacaq. Öz fikirlərini ifadə etməyi bacarmayan məktəbliləri qarşıda min bir xəstəlik gözləyir. Artıq həkimlər bu xəstəliyin adını qoyublar: “Son zəng!”
Yadıma gəlir, əvvəllər kəndlərdən, qəsəbələrdən çoxsaylı insanlar xüsusi təlim keçmiş sürücülərin köməyi ilə Bulvara axışırdılar. Kənddən Son zəngə gələnlər də xüsusi “vid-fason”da, geyimdə olardılar: Nazik bığ, saç jele, par-par yanan mazlı ayaqqabı, saçın ortasında xüsusi kantofka və ən əsası qızıl diş. Pəh-pəh…
Son Zəng günü bizim məktəblilər ayrı cürə görsənir ey. Bu məktəblilin tamam başqa dünyasıdır. Həqiqətən də illərə dəyən bircə günüdür. Bu son zəngdə məktəblilər xüsusi hazırlaşırlar. Meyxana öyrənən kim, tülkülük edən kim, qızları “kuruqa” salıb barmaqlayan kim. Nağara, klarnet çalan kim… Dəhşətdir, görməsən inanmazsan. Kanalizasiya ilə dənizin qovuşmasında çimən kim, ağaca çıxıb başıaşağı tullanan kim, “kubik”i göyə atıb, altında duran kim, ot yeyən kim…  Əşşi, dəhşətdir… Cənnət görmək istəyən, Bulvara gəlsin!
Son Zəngin keçirilməməsinə gələk ilk etirazı Rəssamlar İttifaqı bildirərdi. Çünki ildə cəmi bircə dəfə Rəssamlar İttifaqının işi xod gedir. Hamı son zəngdə geymək üçün aldığı “saroçka”ları ac rəssamların yanına aparıb rənglədirlər, zənglər, sözlər yazdırırdılar.
Bakı Şəhər Təhsil İdarəsi mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızının məsələyə münasibəti özü özülüyündə ayrıca son zəngdir: ”Son zəng tədbirləri 30 may saat 10-dan 13-ə qədər yalnız məktəbin həyətində keçirilə bilər. Direktorlara tapşırılıb ki, “Son zəng” tədbirlərinin keçirilməsinə ciddi nəzarət etsinlər. Tədbirlərə əmək veteranları, elm, mədəniyyət xadimləri, alimlər, pedaqoqlar və valideynlər dəvət olunsun”.
Sən Ətağa, əmək veteranlarının son zəngdə nə işi var ey? Caamat son zəngə görə atasını, anasını evdən qovur bunlar da əmək veteranlarını gətirirlər. Bəlkə əziz on birincilər üçün valideynlər iclası da keçirəsiniz?
Ta sözüm yoxdur!
31.05.2010
Kül başınıza!!! Bir il keçib, samanbaşlar dəyişməyib!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: