Qoyunlar liftə necə mindi?

Bu gün qonşumuzgilə kənddən “aynoyun” gəlmişdi. Yağ, pendir, göy- göyərti, pomidor, xiyar… Utanmadan gələn yükləri daşımaq üçün məni də çağırmışdılar. Mən də müqəddəs bazar günündə oxuduğum kitabı yerə qoyub, söyə- söyə yardım etmək məcburiyyətində qaldım! Çarə yox idi… Yükləri liftə qoyub, qaldırdıq… Aşağı düşəndə isə liftin yanında iki dənə qoyun gördüm.  Adam yox ey, əməlli- başlı qoyun… Mən daha liftə minmədim! Qoyunları sürüyə- sürüyə liftə mindirib, 6-cı mərtəbəyə qalxdılar… Qəhbələrinə şükür… Heç adam da liftə qoyun soxar? Heç adam da bina evinə qoyun gətirər? Gör nə günə qaldıq! Sonra öyrəndim ki, qoyunlar qurbanlıqdır. Nə etmək olardı? Adət- ənənəyə sadiq qalaraq bu qoyunların ətini də kabab edəcəklər… Qoyundan axan qanı da kimlərinsə alnının ortasına vuracaqlar.

Adı da qalıb ki, şəhərdə yaşayırıq… Sən öl, elə bil “Lujnik”dir Bakı…

Unutmuşdum yazmağa. Məncə düz adam evinə qoyun yox, gəlin gətirər!

Advertisements

4 Cavab to “Qoyunlar liftə necə mindi?”

  1. dilgam Says:

    Düz adam evinə gəlin,zoofil isə qoyun gətirər.

  2. Ayxan Says:

    Gözəl yazıdı. Bizimkilər həqiqətən ağını çıxardırlar, bəzən (çoooox).

  3. Mecid Says:

    turxan eminsenki qurban ucun getirmisdiler?bahqa meqsed yox idiki? 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: