“Eurovision”da niyə uduzduq?

Allah səsimizi eşitdi, Səfura qalib olmadı (Sabirabaddan qarğış!)

Dostlar, yoldaşlar, qardaşlar! Axşam hirsli və əsəbi olmağıma baxmayaraq bu gün səhər oyanan kimi 5-6 “kuruq” yatağımda “saluto” vurmuşam. Çünki, səhər tezdən evimizdə yalan danışan, göstərən televizor daha “Eurovision”dan basıb, bağlamırdı. Danışmırdı… Heç “mık” da eləmirdi. Heç muğam da ÇALMIRDILAR…. Deməli hər şey yaxşı keçmişdir, Azərbaycan xırda maraqlara iddia edən xalqların yarışmasında qalib olmamışdı.

Əgər Səfura qalib olsaydı… Bütün TV-lər belə deyəcəkdi: “O gün olsun, Şuşada, İsa bulağında “Drip Drop” deyəsən!”. Əgər səhər bu sözləri eşitməmisənsə deməli qalib deyilsən! Nə gözəl…

Əgər Safura qalib olsaydı… Xanqızı Nətavanın, Həcərin, Tomrisin adlarının yanına Səfura adı da əlavə ediləcəkdi. Amma edilmədi! Nə mutlu…

Əgər Safura qalib olsaydı… Bunu hər gün kütlənin başına qapaz kimi çırpacaqdılar: “Baxın, budur dünyanı mat qoyan “Drip Drop” Baxın!”

Əgər Safura qalib olsaydı… Qarabağı işğaldan azad etməyə bircə addımımız qalardı… Politoloqlarımız da çıxıb danışardılar ki, Qarabağın azadlıq yolu Oslodan keçirdi… Nə maraqlı…

Səfura niyə məğlub oldu…

Eurovisionda məğlub olmağımızın səbəbləri var. Əgər orada MƏŞƏDİlərdən, HƏCİlərdən, KƏBLEYilərdən SMS istəsəydilər biz qalib olardıq, bütün Avropanı FƏTH edərdik! Qalib olmaq üçün gələk Bakının 32 kəndinə “SALAM” göndərəsən. Qalib olmaq üçün gələk ziyarətə gedənlərə “Ziyarətin qəbul olsun” deyəsən. Qalib olmaq üçün hansısa məktəbin direktorunun oğlunun adını çəkməlisən… Əgər çəkmədinsə 5-ci yer sənin HALALındır!

Di Keyf Elə!

Ha ha ha!

Nooluyoooyaa?

Advertisements

11 Cavab to ““Eurovision”da niyə uduzduq?”

  1. mecid Says:

    😀 supersen

  2. Etibar Salmanli Says:

    Əladır Turxan ləzzət elədi!!!

  3. Mursal Says:

    YOx Turxan lezet elemedi))) deyesen yorgun vaxti yazmisan ya da cox hirsli olmusan)))

  4. dilgam Says:

    allah bizi səfurə masturbasiyasindan xilas etdi.

  5. Vio Says:

    Qalib gəlsəydi, gələn il hamını Qarabağda eurovisiona dəvət edəcəkdilər..Bundan da hələ bizim nəticələrimiz danışacaqdı, vaxt var idi Qarabağda eurovision olmuşdu..pff

  6. yeraz Says:

    Ə Turxan sən niyə bizim milli musiqimizə ləkə salirsan? Bir vaxt bashlamshdin ki, bəs mugam bizim deyil – ərəb musugisidir, biz turkuk ve aşıqlar bizimdir? İndi də deyirsən ki, bəs Səfurənin oxudugu kauntri-muzik bizim deyil – amerikan icadıdır. Ə sən nətəri adamsan, ə bu “Drip dropu” bizim alban, midiyali – ne bilim kim dedelerimiz icad elemedimi ? Ə amerikanlar onu bizden goturubler – meyxana, mugam kimi dogma senetimizdir. And ichirem Babekin, Cavanshirin + Qacaq Nebinin bashina.

  7. rovshan Says:

    Super muper. Sefurenin evezine seni uzunden opeyrem

  8. feride Says:

    tenqid elemek istemisiniz amma cox savadsiz bir yazidir.tenqid hedefi olaraq ,menani guclendirmey ucun mesedilerin ne bilim 32 kendin adini cekmek yersizdir.cunki Azerbaycan ozu ozune ses vere bilmez.Daha cox yarismadan evvel seslenen yerler alinib ,ne bilim 10 milyon dollar ve saire kimi etrafi qarisdirmaq isteyen sexslerin yalanlarini desez daha munasib olardi.neinki yersiz cumleyle yazini korlamaq.beyenmedim.

  9. Yabancidizi Says:

    Türkiyeden kardeşlerime selamlar 🙂

    Bu yarışmada bize 1. lik çıkması çok zor, siyaset var işin içinde…

  10. Kamran Says:

    Feride xanim,bele dusunurem ki Turxan bu yazini sizin beyenib beyenmemeyiniz ucun yazmayib.Yani sizin beyenib beyenmemeyiniz zennimce cox da vacib deil!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: