Archive for İ

İbrahim Bayandurlunu axtarıram!

May 31, 2010

Son həftələr jurnalist İbrahim Bayandurlu barədə çox düşünməyə başlamışam… Demək olar ki, gün ərzində yadımdan çıxmır.Bayandurlu ilə heç yaxından tanış deyildim. 2-3 dəfə Elmar Hüseynovun anım mərasimlərində salamlaşmışdıq. 1-2 dəfə də küçə də.

Amma indi mənə elə gəlir ki, çoxdandır onu tanıyıram. Bu necə ola bilər? Küçədə, yolda, insanların arasında İbrahim Bayandurlunu axtarıram.

Mənə elə gəlir ki, indicə yaşadığım evin qapısını döyüb, məni bloka çağıracaq. Məncə bu təqibedilmə deyil. Məncə Bayandurlu barədə düşnmək, qürursuz cəmiyyətdə qürurlu adamlar axtarışından irəli gəlir… Bəlkə də başqa bir şey.

Birinci dəfədir ki, yaxından tanımadığım, dost olmadığım adam üçün çox darıxıram…

Advertisements

Aşot topu tut!

May 31, 2010

Aşot topu tut!

Aşot topu tutdu.

Aşor topu at!

Aşot topu atdı.

(Erməni Əlifba kitabından)

Mənasız Həyat… Lomka həyat…

May 31, 2010

Bakı küçələri...

Ə, Son zəng…

May 31, 2010
Son zəngi qadağan etmək, mentalitetə, əxlaqa ziddir…

Keçən ilki “Son zəng”lə bağlı bir yazı yazmışdım. Bu il də vəziyyətin eyni olduğunu nəzərə alıb, yazını xırda redaktələrlə bloga yerləşdirirəm:
31.05.2009
Təzə qanun çıxardıblar. Məktəblilər üçün son zəng olmayacaq. Bu xəbərdən çox məktəblilərin dili qatlanıb, çoxları “Semaşko”luq olub. Panos olanlar da az deyil… Misir də jurnalistlər üçün keçirdiyi mətbuat konfransında da bu barədə konkret danışıb: “Ümumtəhsil məktəblərinin 11-ci sinfi bitirən şagirdlərini son zəng günü – mayın 30-da ictimai toplantılar və gəzintilər təşkil etməməsini tövsiyə edirəm. Şagirdlər həmin gün məktəblərdə toplantı keçirməklə kifayətlənməlidir. Son zəng keçirilməsi ilə bağlı müddəa hər hansı hüquqi sənəddə əksini tapmayıb.”
Bu xəbəri eşidib,  “Semaşko”luq olan dostlarımdan biri deyir ki, belə şey olmaz. 11 il məktəbə ayaq döy, 11 il 11 ton kitab oxu, 11 il qurdlu məktəb peraşkisi ye, 11 il müəllimlə siçan-pişik oyna  sonra da eşit ki, 11 ilə nöqtə qoymağa icazə verilmir. Bəs 11 il niyə oxuyurduq? 11 il – 11 ayyaqqabı, 11 kostyum deməkdir ey, zarafat deyil. Əgər belədirsə, Əlifba bayramı da olmasın da. Xeyir ola, Rəqsanənin Bulvarda kütləvi konsert keçirməsinə icazə verilir, bizə yox? Bir Rəqsanə qədər də olmadıq? Özü də Rəqsanə 8 il məktədə oxuyub, sonra onu qovublar.
Məktəbli dostuma eşq olsun. Mən onun bütün fikirlərinin sərhədini dəstəkləyirəm. Onun belə dünyagörüşlü olması və narazı halda danışmasına görə məktəbdə yediyi bütün qurdlu “peraşki” ləri halal edirəm.
Məktəblinin Son Zəng günü Bulvarı ziyarət etməsi çox əhəmiyyətli bir şeydir. Xahiş edirəm, barmaqlarınızı gözlərinizin üstünə qoyub, bu məsələyə barmaq arası baxmayın! Məhz bu günü bütün məktəblilər Bulvara ziyarətgah kimi baxırlar. Nəzərinizə çatdırım ki, məktəblilərin həyatın qoynuna atıldığı yol, Bulvardan keçir. Həqiqətən də bu gün çox əhəmiyyətli və vacib bir gündür. Toy axşamı kimi, inoquryasa kimi vacib bir gün! Son Zəngin Bulvarda keçirilməməsi məktəblilərə psixoloji təsir edəcək, bunun problemləri gələcəkdə cəmiyyəti sarsıdacaq. Öz fikirlərini ifadə etməyi bacarmayan məktəbliləri qarşıda min bir xəstəlik gözləyir. Artıq həkimlər bu xəstəliyin adını qoyublar: “Son zəng!”
Yadıma gəlir, əvvəllər kəndlərdən, qəsəbələrdən çoxsaylı insanlar xüsusi təlim keçmiş sürücülərin köməyi ilə Bulvara axışırdılar. Kənddən Son zəngə gələnlər də xüsusi “vid-fason”da, geyimdə olardılar: Nazik bığ, saç jele, par-par yanan mazlı ayaqqabı, saçın ortasında xüsusi kantofka və ən əsası qızıl diş. Pəh-pəh…
Son Zəng günü bizim məktəblilər ayrı cürə görsənir ey. Bu məktəblilin tamam başqa dünyasıdır. Həqiqətən də illərə dəyən bircə günüdür. Bu son zəngdə məktəblilər xüsusi hazırlaşırlar. Meyxana öyrənən kim, tülkülük edən kim, qızları “kuruqa” salıb barmaqlayan kim. Nağara, klarnet çalan kim… Dəhşətdir, görməsən inanmazsan. Kanalizasiya ilə dənizin qovuşmasında çimən kim, ağaca çıxıb başıaşağı tullanan kim, “kubik”i göyə atıb, altında duran kim, ot yeyən kim…  Əşşi, dəhşətdir… Cənnət görmək istəyən, Bulvara gəlsin!
Son Zəngin keçirilməməsinə gələk ilk etirazı Rəssamlar İttifaqı bildirərdi. Çünki ildə cəmi bircə dəfə Rəssamlar İttifaqının işi xod gedir. Hamı son zəngdə geymək üçün aldığı “saroçka”ları ac rəssamların yanına aparıb rənglədirlər, zənglər, sözlər yazdırırdılar.
Bakı Şəhər Təhsil İdarəsi mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızının məsələyə münasibəti özü özülüyündə ayrıca son zəngdir: ”Son zəng tədbirləri 30 may saat 10-dan 13-ə qədər yalnız məktəbin həyətində keçirilə bilər. Direktorlara tapşırılıb ki, “Son zəng” tədbirlərinin keçirilməsinə ciddi nəzarət etsinlər. Tədbirlərə əmək veteranları, elm, mədəniyyət xadimləri, alimlər, pedaqoqlar və valideynlər dəvət olunsun”.
Sən Ətağa, əmək veteranlarının son zəngdə nə işi var ey? Caamat son zəngə görə atasını, anasını evdən qovur bunlar da əmək veteranlarını gətirirlər. Bəlkə əziz on birincilər üçün valideynlər iclası da keçirəsiniz?
Ta sözüm yoxdur!
31.05.2010
Kül başınıza!!! Bir il keçib, samanbaşlar dəyişməyib!

Qoyunlar liftə necə mindi?

May 30, 2010

Bu gün qonşumuzgilə kənddən “aynoyun” gəlmişdi. Yağ, pendir, göy- göyərti, pomidor, xiyar… Utanmadan gələn yükləri daşımaq üçün məni də çağırmışdılar. Mən də müqəddəs bazar günündə oxuduğum kitabı yerə qoyub, söyə- söyə yardım etmək məcburiyyətində qaldım! Çarə yox idi… Yükləri liftə qoyub, qaldırdıq… Aşağı düşəndə isə liftin yanında iki dənə qoyun gördüm.  Adam yox ey, əməlli- başlı qoyun… Mən daha liftə minmədim! Qoyunları sürüyə- sürüyə liftə mindirib, 6-cı mərtəbəyə qalxdılar… Qəhbələrinə şükür… Heç adam da liftə qoyun soxar? Heç adam da bina evinə qoyun gətirər? Gör nə günə qaldıq! Sonra öyrəndim ki, qoyunlar qurbanlıqdır. Nə etmək olardı? Adət- ənənəyə sadiq qalaraq bu qoyunların ətini də kabab edəcəklər… Qoyundan axan qanı da kimlərinsə alnının ortasına vuracaqlar.

Adı da qalıb ki, şəhərdə yaşayırıq… Sən öl, elə bil “Lujnik”dir Bakı…

Unutmuşdum yazmağa. Məncə düz adam evinə qoyun yox, gəlin gətirər!

“Eurovision”da niyə uduzduq?

May 30, 2010

Allah səsimizi eşitdi, Səfura qalib olmadı (Sabirabaddan qarğış!)

Dostlar, yoldaşlar, qardaşlar! Axşam hirsli və əsəbi olmağıma baxmayaraq bu gün səhər oyanan kimi 5-6 “kuruq” yatağımda “saluto” vurmuşam. Çünki, səhər tezdən evimizdə yalan danışan, göstərən televizor daha “Eurovision”dan basıb, bağlamırdı. Danışmırdı… Heç “mık” da eləmirdi. Heç muğam da ÇALMIRDILAR…. Deməli hər şey yaxşı keçmişdir, Azərbaycan xırda maraqlara iddia edən xalqların yarışmasında qalib olmamışdı.

Əgər Səfura qalib olsaydı… Bütün TV-lər belə deyəcəkdi: “O gün olsun, Şuşada, İsa bulağında “Drip Drop” deyəsən!”. Əgər səhər bu sözləri eşitməmisənsə deməli qalib deyilsən! Nə gözəl…

Əgər Safura qalib olsaydı… Xanqızı Nətavanın, Həcərin, Tomrisin adlarının yanına Səfura adı da əlavə ediləcəkdi. Amma edilmədi! Nə mutlu…

Əgər Safura qalib olsaydı… Bunu hər gün kütlənin başına qapaz kimi çırpacaqdılar: “Baxın, budur dünyanı mat qoyan “Drip Drop” Baxın!”

Əgər Safura qalib olsaydı… Qarabağı işğaldan azad etməyə bircə addımımız qalardı… Politoloqlarımız da çıxıb danışardılar ki, Qarabağın azadlıq yolu Oslodan keçirdi… Nə maraqlı…

Səfura niyə məğlub oldu…

Eurovisionda məğlub olmağımızın səbəbləri var. Əgər orada MƏŞƏDİlərdən, HƏCİlərdən, KƏBLEYilərdən SMS istəsəydilər biz qalib olardıq, bütün Avropanı FƏTH edərdik! Qalib olmaq üçün gələk Bakının 32 kəndinə “SALAM” göndərəsən. Qalib olmaq üçün gələk ziyarətə gedənlərə “Ziyarətin qəbul olsun” deyəsən. Qalib olmaq üçün hansısa məktəbin direktorunun oğlunun adını çəkməlisən… Əgər çəkmədinsə 5-ci yer sənin HALALındır!

Di Keyf Elə!

Ha ha ha!

Nooluyoooyaa?

“Qəstum-pəncey”in sonu!

May 28, 2010

Bir neçə gün öncə dostlarımızın bir neçəsi Bakının mərkəzində etiraz aksiyası keçirmişdilər. Aksiyanin əsas şüarı belə idi:  “Universitetə verməyə pulum yoxdur”, “Evimi su basıb. Sabirabad”

Çox maraqlı aksiya idi…  Şüarlardan əlavə aksiyada yaddaqalan əsas məsələ dostlarımızın aksiya şüarlarını yazdıqları rəngli plakatlar idi. Boz və ibtidai vəziyyətə salınmış cəmiyyətdə rəngli plakatlarla, üzdə təbəssümlə, gülüşlə aksiyaya çıxmaq nəyə desən dəyərdi. Məncə Azərbaycanda heç belə rəngli aksiya olmamışdı.

Bütün hallarda rənglilik, bozluqdan yaxşıdır… Aksiyada əl boyda şüar yazılmış rəngli kağızın yarada biləcəyi effekt, aksiyaya “qəstum-pəncey”lə çıxanların yanında müqayisəsizdir! “Qəstum-pəncey” heç zaman keçməyəcək! “Qəstum-pəncey” Bulvarda qalıb…

Söhbət rəngli aksiyalardan olmuşkən. Dünən Ukraynada  FEMEN’in keçirdiyi aksiya isə həmişəki kimi super idi: http://femen.livejournal.com/62263.html

“Gör neyyniyirsən…”

May 28, 2010

Bu da yeni blogumuz… İranlılar demiş “blög”.  Çoxdandır heç bir şey yazmıram, “innən” sonra gündəlik yazamağa çalışacam… Görək başımıza nə gəlir…  Əsas odur ki, möhkəm olun, GƏLİRİK! Ya Allah! Blogun da devizi belədir: “DE: BİL”

Bu gün səhər də TV-də xəbər “sabunlayırdılar”. Yuxulu idim deyə ancaq və ancaq bu iki ifadəni yadımda saxlaya bildim. Onu da eksklüziv olaraq yazıram:  “Heydər Əliyev Dühası…”  və “Azərbaycan bayrağı Osloda (YevrVIZiyonda) mütləqiyyət günəşi kimi saçacaq…” Gəl indi normal adam kimi yaşa bu məmləkətdə!

Sözə bax:  Mütləqiyyət günəşi…

Hello world!

May 13, 2010

Welcome to WordPress.com. This is your first post. Edit or delete it and start blogging!


%d bloqqer bunu bəyənir: