Yazaların, ictimai xadimlərin sevdiyi filmləri blogda yazmaqda davam edirəm. Sıra Bəxtiyar Hacıyevin sevdiyi filmlərdədir:
Xaç atası (The Godfather)
Ölü ozanlar dərnəyi (Dead Poets Society)
Cəsur ürək (Braveheart)
Gladiator
Dəmir Dişli Mələklər (Iron Jawed Angels)
Forrest Gump
Pay it forward
Şeytanın vəkili – The Devil’s Advocate
21
Milli Xəzinə – Sirrlər kitabı (National treasure – the Book of Secrets)
12 hirsli adam (12 angry men)
Serial: Həbsdən qaçış – Prison Break
Cizgi filmləri: the Lion King, Ice Age, the Simpsons
FB- accountumu report edib bağlayıblar. Mən də pasportumu FB-un baş ofisinə göndərmişəm… Yaxın günlərdə FB-ya qayıdacam. Justice for Khojaly adıyla insanlar Avropada shopping edəndə mən FB üçün darıxıram Vaxtdan istifadə edib kitab oxumağa davam edirəm. Hər şey qaydasındadı.
“Əsgər ölümlərinə son!” aksiyasına nə qədər adam çıxıb? Tez-tez bunu soruşurlar. FB-da 16 min adam gələcəm demişdi. Adam amma az gəldi. Hə, nə olsun? Əsas məsələ kəmiyyət yox, keyfiyyət idi. Göründüyü kimi etiraz şüarları hadisə səbəbkarlarının kar qulaqlarına çatdı. Ola bilər aksiyaya 10 nəfər çıxardı. Məhz bu məsələdə, burda rəqəm fərq etmir(!). Əsas odur ki, bu ölkədə vicdanlı adam(lar) hələ də var. 1968 Praqa Baharı baş verəndə 4-5 nəfər Sovetlərin mərkəzi meydanında etiraz aksiyası keçirmişdilər. Bu hərkəsin qorxduğu illər idi. Uzun illər sonra aksiya iştirakçılar barədə belə yazılırdı: Çoxları üçün effektivsiz, mənasız görünən aksiyada Sovet insanının VİCDANı xilas edildi. Bəli, məhz 4-5 nəfər Sovet qoşunlarının Praqaya girməsinə etiraz edirdi. Amma edirdi… Tarixdə belə nümunələr, misallar çoxdu! İmam Hüseynin Kərbalasını da unutmayın! Az adam, çox adam fərq etmir, əsas odur Vicdanımızı xilas etdilər 12 yanvarda!
İnsanların cahilliyini bir daha gördük. Həqiqətən dəhşət idi. Dekabrın 21-nə inananlar, qaçıb gizlənənlər, şam alanlar, ərzaq alanlar və s. Bu adamlar həm də allaha inanırlar, həm də inanırdılar ki, dünya dağılacaq. Savadsız cahillər… İslama inanan adam bilmir ki, Mehdi gəlməmiş dünya dağılmaz? Görünür ki bilmir. Savadsız, cahillər… Adam söz tapmır deməyə… İnancları da özləri kimi saxtadır. Quranı oxumaq əvəzinə, dəsmala büküb evin ən hündür yerinə qoyan cahillər! Quran oxumaq üçündür, amma bu cahillər toy zad olanda altından gəlin keçirirlər… Belə də olmalıydı, inanmalıydılar dünyanın dağılmasına!
Araşdırmalar göstərir ki, sosial şəbəkənin inkişafı bloqsferanı sıradan çıxarır. Bu qismən baş verib. Yavaş- yavaş da davamlı olacaq. Bügünə kimi yazdığım maraqlı və fərqli postlar hələ də bloqumu ən baxılan bloqlar sırasında saxlayır. Hər gün bloquma 50-60 baxış olur, yeni- yeni şərhlər gəlir.
BLOQ YAZISINDA EHTİYAC OLANDA YAZIRAM! Amma gündəlik Twitterdə tez-tez yazıram. Mövzular müxtəlifdir: Mədəniyyət, siyasət, şəxsi həyat və s.
Sir Elton Johnun Bakı konsertinə bilet də var idi. Tanışlardan kimsə vermişdi. Amma o zaman hamı deyirdi ki, Elton petuxdu, kişi deyil. O nə oxuyacaq? Nə konsert verədək? Özünə hörmət edən adam onun konsertinə getməz. Mən də getmədim… Zaman keçdi, Elton Johnun bütün mahnılarını dinlədim. Gözəl, savadlı, zövqlü musiqiçi olduğunu dərk etdim. Sonra konsertə getmədiyim üçün eşşək olduğumu hiss etdim. Anladım ki, adam olmaq cinsiyyət məsələsi deyil, şəxsiyyət məsələsidir. Qısası, ən böyük əxlaq, ən böyük mədəniyyət seçim azadlığı və ona qoyulan hörmətdir. Bağışla məni Elton, sənə hörmətsizlik etmişəm!
Azərbaycan Xalq Cəbhəsində orfoqrafik böhran Azərbaycan ABSURD TEATRInın ilk pyesi
1991
ORFOQRAFİYA CƏBHƏNİ PARÇALAYACAQMI?
(Dəyirmi Ekran)
Dəyirmi ekranda, aktual masa arxasında Cəbhənin veteranları əyləşib. Bu gün onların Hamısını bir problem narahat edir: Budur, həm Cəbhə, həm də bütövlükdə Cəmiyyət dağılmaq üzrədir. Xalqın mənafeyi naminə VERGÜL sözünü necə yazmalıyıq – bir yerdə, yoxsa ayrı? Tamamilə aydındır ki, bu sözün orfoqrafiyasına münasibətin arxasında müxtəlif maraqlar və dünyagörüşləri dayanır. Ancaq hərəkatımızın liderlərinin bir çoxu unudurlar ki, bu məsələdə Milli zəminə əsaslanmaq və Milli mənafeni müdafiə etmək lazımdır. Bəs bu mənafe nədədir? “Canlı” mikrofonu əlində bərk-bərk tutan Ədalət Tahirzadə – qəzetimizin veteranı – bu orfoqrafiya böhranından çıxış yollarını arayır.
Bugün Elçibəyin doğum günündü… Elçibəy pis- yaxşı bu ölkənin prezidenti olub. Amma adamın haqqı hələ də verilmir. Elçibəyi söymək, təhqir etmək, dalınca danışmaq çox asan və sadə şeydi. Həm də qorxusuz… Bunu hamı, hər gün edir. Heydər Əliyevin yanında pişik balasına dönən insanlar Elçibəyə «Keçibəy» deyirlər… Amma nə olur olsun Elçibəy səmimiyyəti unudulmazdı… Mənim üçün ən əhəmiyyətli səmimiyyətdi… O da Elçibəydə var idi… Heç nə yox, onun xalq barədə «Nə edək? Olanımız budu… Gedib Fransadan xalq gətirəsi deyilik ki…» cümləsi nəyə desən dəyər…
Duman qrupunun konserti. Foto: Fuad Hacıyev (Ssenari Ad & PR Agency-page)
Bir neçə gün öncə Türkiyənin məşhur rok qrupu “Duman” Bakıda konsert proqramı ilə çıxış edib. Konsertdən sonra təşkilatçı Ssenari Production şirkətinin direktoru Anar Əsgər bloguma qısa müsahibə verib. Anar konserdən və gələcək planlardan danışıb:
Küçələrdə qırmızı ayaqqabılılar, qırmızı kəmərlilər çoxalıb! Qırmızı ayaqqabı da, kəmər də normaldı. Amma bu kütləvi hal alanda adam iyrənir… Kütlə üçün bu dəb çox normaldı. Bildiyim qədəriylə Space TV-də gedən hansısa Hindistan serialı gənc oğlanları “qırmızı”laşdırıb… Gör indi gənclər nə gündədirlər ki, Hind serialları onlara təsir edə bilib. Bu biabırçılıqdır. Yazının ardını oxu »
Sözsüz debilizim baş alıb gedir. Ölkədə təhsilin səviyyəsizliyi artıq özünü göstərir. Ölkə artıq mamont insanlarla, kubik başlarla dolub. Normal danışmağı, ünsiyyət qurmağı bacarmayan insanlar artıq virus kimi yayılıb. İbtidai düşüncəylə fəxr edən ikiayaqlı mamontlar artıq hücum da edirlər. Rahatlıq üçün şortik geyinən azad, sərbəst insanlara müdaxilə edirlər. Burda sözsüz qısqanclıq var. Şortik geyinməkdən utanıb, amma bunun üçün ürəyi gedən insanların narahatlığını, içlərində nəyinsə qaldığını türklər demiş hər kəs FARK edir. Uşaqlıqda sünnət edilib, QIRMIZI YUBKA geydirilən adamlar böyüyüb başqalarına söz atırlar. İttiham edirlər. Savadsız sürü çox narahatdır.
Özlərinə də milli mentalitetlə, milli dəyərlərlə haqq qazandırırlar. İnsanlar nə istəyir, necə istəyir geyinirlər! Əcəb edirlər!
Komp-da fotolara baxıram. Los Angelesdə olduğum müddətdə (2011) xeyli maraqlı fotolar çəkmişəm. Fotolar indi mənə gördüklərimi yazmağa yardım edəcək. Los Angelesdə gördüklərimi yazacam. Bu barədə səfərdən öncə düşünmüşdüm. Sonra düşündüm ki, məhz ABŞ, Los Angeleslə bağlı bir xeyli kitab oxuyum, yazarlar nədən yazıblar və necə yazıblar. Amma indi düşünürəm ki, nə yaxşı bu barədə tərəddüt etmişəm və oxumamışam. Çünki oxuyacaqlarım kitablardan təsirlənib yazılarımın səmimiyyətini itirə bilərdim. Sevinirəm ki, oxumadım. Los Angeles gündəlikləri maraqlı olacaq. Fotolardan əlavə apardığım qeydlərim də mənə yardım olacaq.
Los Angeles maraqlı yerdi. Şəhəri ermənilər zarafatca Los Armenios adlandırırlar Bu sadəcə blog oxuyanlar üçün qeyddir. Yaxın günlərdə fotolardan istifadə etməklə ilk yazını yazacam…